dcsimg
Imagem de Cydonia
Life » » Archaeplastida » » Angiosperms » » Rosaceae »

Marmeleiro

Cydonia oblonga Mill.

Adi heyva ( Azerbaijano )

fornecido por wikipedia AZ
Svln4821 resimleri fotolari sekilleri photos pictures autumn fall payiz sonbahar.JPG
Kdouloň.jpg
Cydonia.jpg
Cydonia oblonga 1.jpg
Quince.jpg

Heyva (lat. Cydonia oblonga), gülçiçəyikimilər (Rosaceae) fəsiləsindəndir. O, çox qədimdən şərq ölkələrində becərilən və istifadə olunan qiymətli bitkilərdən biridir. Heyvanın elmi adı "Sidoniya"dır. Bu Yunan sözüdür – deməli heyvaya bu adı verən yunanlar olmuşdur. Ədəbiyyatdan məlumdur ki, hələ b.e.ə VII əsrdə yunanlar heyvanı "Krit" adasında becərmişlər. Heyvanın meyvələrinin dadı və gözəlliyi xoşlarına gəldiyi üçün yunanlılar ona şəhərləri "Sidoniyanın" adını vermişlər.

Yeri gəlmişkən bunu da qeyd edək ki, yunanlılar, ümumiyyətlə, çox istedadlı təbiət vurğunudurlar. Onlar bitki aləminə daha böyük hüsn-rəğbət bəsləmişlər və bitkilərin bir çoxunun gözəlliyinə və faydasına məftun olaraq, onlara müqəddəs və nəcib adlar qoymuşlar.

Tarixi məlumata görə, qədim yunanlarda belə bir adət varmış ki, qızlarının xeyir işində, daha doğrusu qızlarını köçürən məqamda onlara heyva yedirdərmişlər ki, "Afrodit" kimi sevgidə xoşbəxt olsunlar.

Heyva məlum olduğu kimi, 1,5 – 5 m-ə qədər hündürlüyü olan ağacdır. Onun yumurtavarı, yaxud girdə şəkildə yarpaqları və solğun-çəhrayı çiçəkləri var. Yarpaqlarının alt hissəsi yumşaq tüklərlə örtülüdür. Xoşagələn ətirli və dadlı, yetişəndə sarı rəngə boyanan meyvələri olur.

Bitki aprel-may aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabrda yetişir. Heyva çox faydalı bitki kimi respublikamızın əksər rayonlarında çox qədimdən becərilir.

Respublikamızın dağ ətəklərində yabanı halda bitən heyva ağaclarına da rast gəlmək olur. Lakin yeyinti sənayesində, eləcə də təbabətdə ən çox becərilən heyvadan istifadə olunur. Dərman məqsədilə yetişmiş meyvələrdən toxumları ayırıb götürür, günəşli havada qurudur, sonra ondan çay hazırlayıb soyuqdəymələrdə sinəyumşaldıcı dərman kimi içirlər.

Heyva meyvələrində bir çox faydalı və müalicə əhəmiyyətli maddələr vardır: onlardan 4-5 %-ə qədər şəkər, 2 %-ə qədər üzvi turşular (alma, limon turşuları), karotin və C vitaminləri, peyvənd maddələri, efir yağı, dəmir duzları və s. göstərmək olar.

Heyva toxumlarında isə 14 – 18 % selikli maddələr, 16 – 20 % piyli yağ, 1- 2 % qatran və çoxlu miqdarda zülal vardır. Xalq təbabətində heyvanın yarpaqlarını qurudub, çay kimi dəmləyərək, ürək ağrısında sakitləşdirici dərman kimi içirlər. Meyvəsinin mürəbbəsi ürək zəifliyində qüvvətverici kimi və həzm prosesini yaxşılaşdırıcı kimi çox xeyirlidir.

Xalq təbabətində meyvələrini inək yağında bişirib, nəfəs yolları xəstəliklərində: xroniki bronxitdə, eləcə də vərəm xəstəliklərində yeyirlər.

Respublikamızın bir sıra rayonlarında heyvadan müalicə məqsədilə geniş istifadə olunur. Məsələn, heyva ağacının qol-budaqlarının qabıqlarını soyub qurudur, sonra ondan çay hazırlayıb, soyuqdəymələrdə içirlər. Toxumlarından ilıq suda dəmləyib, bəlğəmgətirici və sinəyumşaldıcı dərman kimi qəbul edirlər.

Lənkəran rayonunda heyvadan "heyvarub" adlı mürəbbə hazırlayıb, soyuqdəymədən baş verən xəstəliklərdə işlədirlər.

Salyan rayonunda heyvadan mürəbbə hazırlayıb, zəiflikdə və qanazlığında qüvvətverici vasitə kimi qəbul edirlər.

Azərbaycan mətbəxində də heyvadan istifadə olunur, müxtəlif yeməklərin hazırlanmasında istifadə olunur. Heyvadan hətta heyva dolması da hazırlanır.

Yuxarıda göstərilənlərdən aydın olduğu kimi, heyva son dərəcə qiymətli və faydalı bitkidir. Onun respublikamızda daha geniş becərilməsi vacibdir.

Xalq təbabətində istifadəsi

Heyvanin yarpaqlarının dəmləməsi bronxial astmada çox gözəl müalicəvi təsir göstərir. Heyvanın toxumları soyuqdəymələrdən baş verən tənəffüs yollarının iltihabında, bronxitlərdə sinəyumşaldıcı, iltihabı götürücü maddə kimi, eləcə də xroniki mə’də-bağırsaq xəstəliklərində, m’ədə xorasında, mə’dənin selikli qişasını yumşaltmaq, yaranı sağaltmaq üçün daxilə qəbul edilir. Heyvanın yarpaqlarından və cavan budaqlarından çay dəmləyib ürək ağrısında sakitləşdirici və qan təzyiqini azaldıcı vasitə kimi içirlər. Meyvəsindən hazırlanmış mürəbbə ürək zəifliyində qüvvəverici kimi məsləhət görülür.[2]

Heyva məhsulları

Heyva məhsulları hələ qədim zamanlardan müalicəvi vasitə kimi istifadə olunurdur. Bir çox ölkələrin xalq təbibləri heyvan məhsullarını və onun həlimini qida yolunun fəaliyyətinin yaxşılaşdırılması üçün mədə bağırsaq xəstəliklərinin müalicəsi zamanı istifadə edirdilər. Heyva şirələri ürək döyünməsi, nasazlıq, qan azlığı və sarılıq zamanı xeyrli təsir göstərir.

Əfsanəsi

Əfsanəyə görə, Paris onun gözəlliyinə görə məhz heyva məhsulunu Afroditaya vermişdir.

Qədim yunan əsatirlərində Herakla müalicəvi xüsusiyyətlərə malik heyva məhsulunu Qesprid bağından əldə etmək tapşırığı verilmişdir. Lakin, yüzbaşlı əjdahadan qorxan qəhrəman Atlantdan axtarılan meyvəni əldə etməyə inandırmış, özü isə həmin vaxt onun əvəzinə səmanı çiyinlərində saxlamışdı. Bu Heraklın on birinci qəhrəmanlığı hesab olunur.

Heyva meyvəsi məhsuldarlıq və ər-arvadlıq simvoludur. Nikah mərasimi ilə bağlı yaradılmış portretlərdə, qadınlar heyva tuta bilər.

İstinad

  1. Potter, D., et al. (2007). Phylogeny and classification of Rosaceae. Plant Systematics and Evolution. 266(1–2): 5–43.
  2. Təbii müalicə: min dərdin dərman əvəzi

Xarici keçidlər

Vikianbarda Adi heyva ilə əlaqəli mediafayllar var.

Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Adi heyva: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ
Svln4821 resimleri fotolari sekilleri photos pictures autumn fall payiz sonbahar.JPG Kdouloň.jpg Cydonia.jpg Cydonia oblonga 1.jpg Quince.jpg