Qatırquyruğunu dəmləyib içmək böyrəklərdə və sidik yollarındakı daşlaşmanı, kirəcləşməni, oynaqlardakı duzlaşmanı və ağrıları azaldır, sidik ifrazını asanlaşdırır. Bədən orqanlarında baş verən ağrıları azaltmaq üçün qatırquyruğunu, şüyüd zoğunu və gicitkəni qaynadıb suyunda vanna qəbul etmək, sonra ilıq su ilə yaxalanıb, dəmləməsini icmək məsləhətdir. Bu müalicə üsulu 10-15 gün davam etdirilsə, müalicə effektli olar, xəstə gecələr rahat yatar.[1]
Müasir dövrə kimi ancaq 25 növü təmsil edən bir fəsilə (qatırquyruğukimilər- Eguisetaceae) və bir cins (qatırquyruğu- Eguisetum) gəlib çatmışdır. Avstraliyada yalnız bir növ çöl qatırquyruğu(Eguisetum arvense) yayılmışdır. Növlərin əksəriyyəti Şimal yarımkürəsinin mülayim ərazilərinə uyğunlaşmışlar, ancaq qədim növlər Orta və Cənubi Amerikanın tropik və subtropik ərazilərində yayılmışdır. Çili, Peru, Ekvadorda yayılmış ağacşəkilli (E.xylochaete) növün hündürlüyü 3-3,5 m-ə, Peruda yayılmış növün (E.martii) hündürlüyü isə 5 m-ə çatır. Ən hündür qatırquyruğu - nəhəng qatırquyğudur (E.gigantea). Bu növ Çili, Peru, Meksika və Kubanın rütubətli tropik və subtropik meşələrində yayılmışdır. 10–12 m hündürlüyə, 2-3 sm diametrə malikdir. Buna görə də bu bitki ancaq qonşu ağaclardan dayaq kimi istifadə edərək böyüyə bilər. Qədim Avropa növlərindən həmişəyaşıl, 1 m hündürlüklü qışlayan qatırquyruğudur (E.hyemale).
Qatırquyruğu cinsinin Azərbaycan Respublikası ərazisində düzən sahədən başlamış subalp qurşağadək 6 növü yayılmışdır:[2]