dcsimg

Xallı badyan ( Azerbaijano )

fornecido por wikipedia AZ
 src=
Conium maculatum

Xallı badyan (lat. Conium maculatum)[1] - badyan cinsinə aid ikiillik ot bitkisi növü.[2]

Conium maculatum L. - Ləkəli badyan - Болиголов пятнистый– Spotted hemlock [3]

Botaniki təsviri

Hündürlüyü 100 sm qədər olan, çox vaxt mixəyiqırmızı ləkəli ikiillik ot bitkisidir. Gövdəsi çılpaq, düz budaqlı, xırda şırımlı içi boşdur. Aşağı yarpaqları saplaqlı, enli üçbucaqşəkillidir. Orta və yuxarı yarpaqları daha xırda və oturaqdır. Çox saylı çətirlərinin 12-20 sayda nahamar şüası vardır. Çiçəkləri ağ, meyvəsi 3 mm, dalğalı tinli yumru-kürəvaridir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında

meyvə verir.[3]

Mənşəyi və yayılması

Ləkəli badyan boreal coğrafi tipinin palearktik sinfinin qərbi-palearktik qrupuna aiddir. Skandinaviya, Atlantik və Orta Avropa, Şimali Afrika, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Ləkəli badyan Azərbaycanda Böyük Qafqazın bütün rayonlarında, Kiçik Qafqazın mərkəzi rayonlarında, Naxçıvan və Lənkəranın dağlıq hissəsində arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.[3]

Ekoloji qrup və bitdiyi yerlər

Mezokserofitdir, dağ-kserofit və alaq bitkilik tiplərində rast gəlir. Kolluqlar, yol kənarları və baxımsız (zibillik) olan yerlərdə ləkələr əmələ gətirir, alaq bitkilərdən təşkil olunmuş senozlarda çox vaxt dominantlıq edir.[3]

Kimyəvi tərkibi

Alkaloid, kumarin, flavonoid, efir və piyli yağlar, C vitamini, karotin, eləcə də antosianlarla zəngindir.[3]

Təsiri və tətbiqi

Elmi və xalq təbabətində, homeopatiyada tətbiq edilir, Azərbaycanın orta əsrlər təbabətində istifadə olunmuşdur. Mədə, damar, dəri-zöhrəvi, revmatizm, epilepsiya, podaqra, anemiya xəstəliklərində, bəd şişlərə, qıcolmaya və iltihab proseslərinə qarşı istifadə olunur. Ağrıkəsici, sakitləşdirici və hemostatik təsirə malikdir.[3]

Əks təsirləri

Zəhərli olduğuna görə yarpaqlarının şirəsi və spirtli tinkturasının daxilə qəbulu ancaq həkim məsləhəti ilə olmalıdır.[3]

İstifadə olunan hissələri və İstifadə formaları

Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, meyvələri və yarpaqları istifadə edilir. Şirə, spirt tinkturası, təpitmələr formasında istifadə olunur.[3]

Yayılması

Təbiətdə bu bitki Afrikada Əlcəzair, Mərakeş, TunisEfiopiya, Avropanın bütün ərazisində, Asiyada isə Türkiyədən Çinə qədər mülayim iqlimi olan ərazilərdə yayılmışdır.

Mənbə

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 3,0 3,1 3,2 3,3 3,4 3,5 3,6 3,7 Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi», Bakı,2011
Dahlia redoute.JPG Bitki ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Xallı badyan: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ
 src= Conium maculatum

Xallı badyan (lat. Conium maculatum) - badyan cinsinə aid ikiillik ot bitkisi növü.

Conium maculatum L. - Ləkəli badyan - Болиголов пятнистый– Spotted hemlock

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ