dcsimg
Image of Balm of Gilead
Creatures » » Plants » » Gymnosperms » » Pines »

Balm Of Gilead

Abies balsamea (L.) Mill.

Ətirli ağ şam ( Azerbaijani )

provided by wikipedia AZ

Şimali Amerika nın iynəyarpaqlı meşələrində, KanadaABŞ -da tundra zonasına qədər bitir, daşlıqlarda isə meşənin yuxarı sərhədlərinə qədər (1500-2500 m) yayılmışdır. Uzunömürlüdür, 150-200 ilə qədər yaşayır. Hündürlüyü 15-25 m, gövdəsinin diametri 50 (70) sm, düz, konusvarı, sıx, çətiri aşağı əyilmiş ağacdır. Cavan ağacların qabığı boz, hamar, çox miqdarda ətirli, qabarıq, sonradan qırmızı-qonur, xırda yarıqlıdır. Cavan zoğları əvvəlcə yaşıl, qısa, düz dayanan tükcüklərlə örtülmüşdür, sonradan qırmızı-qonur olur, çılpaqdır. Tumurcuqları şarşəkilli və ya yumurtavarı, qatranlı, yaşılımtıl, açıq-bənövşəyi çalarlıdır. İynəyarpaqların uzunluğu 15-35 mm, eni 2 mm, üstü tünd-yaşıl, parlaq, ucu kütdür, budaqların üzərində 4-7 il qalır, sürtüldükdə ətirli qoxu verir. Zoğda iynəyarpaqları iki cərgədə yerləşir. Qozaları oavl-silindrik, uzunluğu 5-10 sm, eni 2-2,5 sm, kal halda tünd-bənövşəyi, yetişdikdən sonra boz-qonur rəngdə olur, çox qətranlıdır. Toxum qabıqlarının uzunluğu təxminən 15 mm, eni 17 mm, yuxarı tərəfi yumru, ensiz kiiçk ayaqlıdır, rəngi bənövşəyi çalarlıdır. Küləyə, soyuğa davamlıdır, tez böyüyür. Aşağı budaqları asanlıqla kök atır, ana bitkinin ətrafında böyüyən caavn ağaclar çox effektli qrup yaradır. Meyvə verməyə 20-30 yaşından başlayır. Budaqların budanması bitkinin formasını dəyişir. Xiyaban, qrup və tək əkinlərdə istifadə edilir. Mədəni şəraitdə 1697-ci ildən becərilir. Abşeron da və Astara da məədni şəraitdə becərilir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ətirli ağ şam: Brief Summary ( Azerbaijani )