dcsimg
Image of Ponderosa lemon
Creatures » » Plants » » Dicotyledons » » Rue Family »

Ponderosa Lemon

Citrus grandis (L.) Osbeck

Pompelmus ( Azerbaijani )

provided by wikipedia AZ

Ümumi yayılması

Cənubi Çin, Tailand, Tayvan, Yaponiya, Vyetnam, Hindistan, İndoneziya,Taiti adalarında və İsraildə, az miqdarda ABŞ-da (Kaliforniyada) becərilir.

Botaniki təsviri

Hündürlüyü 15 m-dək olan, şarşəkilli çətirə malik həmişəyaşıl ağacdır. Yarpaqları iridir. Çiçəkləri ağ, diametri 3-7 sm-dir, tək və ya 2-10 ədədi topa şəklində çiçək qrupunda yerləşir. Meyvəsinin diametri 30 sm-ə çatır, qalın qabıqla örtülür, codtəhər arakəsmə ilə iri hissələrə bölünür, hər hissənin içərisində toxumları olur. Yetişmiş meyvələrin rəngi-açıq yaşıldan sarıyadək dəyişilir, ölcülərinə görə qreypfrutdan iridir, elastik liflərlə fərqlənir. Pomelonun meyvəsi sitruskimilərin arasında ən iridir. Qabığı əsasən qalındır. Dadı turşa-şirin, bir qədər acıdır.

Ekologiyası

Tropik və subtropik iqlimlərdə, 25-dək 300C-dək temperaturda bitir. Əhəng qarışığı və duzlu torpağa üstünlük verir.

Azərbaycanda yayılması

Böyük Qafqaz və Talışda təbii halda rast gəlinir.

İstifadəsi

Meyvələri çiy və bişmiş halda istifadə edilir. Çində yeni ildə bu meyvələri firavanlıq və rifah simvolu kimi bir-birinə təqdim edirlər.

Mənbə

  • “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ