dcsimg

Binturonq ( Azerbaijani )

provided by wikipedia AZ

Binturonq (lat. Arctictis binturong) — Viveralar fəsiləsindən yırtıcı məməli heyvan növü.

Binturonqlar Cənub-Şərqi Asiyada yaşayırlar. Onların yaşama arealı Hindistandan İndoneziyanın Sumatra, Yava, BorneoPlavan adalarına qədər ərazini əhatə edir.

Binturonqlar əsasən ağaclarda yaşayırlar və gecələr aktiv olurlar. Onlar ləng və ehtiyatlı hərəkət edirlər və tullanmırlar. Bununla yanaşı, onlar quyruğunun köməyilə ağaca yaşı dırmanırlar.

Binturonqlar həmçinin yaxşı üzgüçü və dalğıcdır. Onlar tək, yaxud ailə üzvlərindən ibarət kiçik dəstələrdə yaşayırlar.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ