dcsimg

Həmərsin ( Azerbaijani )

provided by wikipedia AZ
 src=
Azərbaycanın Quba rayonu Qırız Dəhnə kəndində həmərsin kolu.

Həmərsin və ya İt itburnu (lat. Rosa canina)[1] - itburnu cinsinə aid bitki növü. [2]

Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. [3]

Yarpaq

Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır.

Çiçək

Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12-18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.

Meyvə

Meyvələri iridir, yetişənə yaxın uzunluğu 15-26 mm olur, enli-oval, bəzən şarşəkilli formada olub, vəziciklərdən məhrum olmuşdur.

Çiçəkləməsi

Çiçəkləmə prosesi may ayında baş verir.

Meyvə verməsi

May-İyun (İyul)

Azərbaycanda yayılması

Böyük Qafqazda Quba, Xəzəryanı, Qobustan, Kür-Araz ovalığı, Kiçik Qafqazın şimal, mərkəzi və cənubunda, Naxçıvan və Lənkəran dağlarında, Lənkəran ovalığından orta dağ qurşağına qədər.

Yaşayış mühiti

Meşəsiz kolaoxşar və otlu yamaclarda, çay sahillərində, meşənin ətrafında, yol boyunca, yaşayış məntəqələri boyunca rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

Yaxşı aşılayıcıdır (kökü, gövdəsi, yarpağı). Xalq təbabətində yetişmiş meyvələrindən istifadə olunur.

Mənbə

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı. Bakı 2016
  • Blamey, M. & Grey-Wilson, C. (1989). Flora of Britain and Northern Europe. Hodder & Stoughton. ISBN 0-340-40170-2. (ing.)
Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Həmərsin: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ
 src= Azərbaycanın Quba rayonu Qırız Dəhnə kəndində həmərsin kolu.

Həmərsin və ya İt itburnu (lat. Rosa canina) - itburnu cinsinə aid bitki növü.

Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

İtburnu cinsi ( Azerbaijani )

provided by wikipedia AZ

Ümumi yayılması:

Аzərbаycаndа və İranda təbii arealı vardır.

Azərbaycanda yаyılmаsı:

Аzərbаycаndа təbii halda Lənkəran, Astara rayonu (Astara çayı kənarı) ərazisində yayılmışdır.

Stаtusu:

Аzərbаycаnın nadir bitкi növüdür. LC.

Bitdiyi yеr:

Aşağı və orta dağ qurşağında meşəliklərdə, kolluqlarda və dəniz sahilində yayılmışdır.

Təbii еhtiyаtı:

Azərbaycanda dar bir arealda yayılmışdır.

Bioloji xüsusiyyətləri:

Təbiətdə bitkinin əksər zoğları sarımtıl-yaşıl rəngdədir. Birilliklərdə isə silindir şəkillidir və sarımtıl tikanlıdır. Bitkinin yarpaqları 3-5 cüt yarpaqcıqdan ibarət olub yarpaqcığın üst tərəfi yaşıl tüklü, alt tərəfi isə boz tüklüdür.Yarpaqcıqları enli qaidəsi ürəkvarı ucu isə əyilmiş sivridir. Yarpaqcıqların uzunluğu 12-15 sm eni isə 7-10 sm arasında olur.Yarpaqcıqların kənarı qeyri-bərabər dişlidir.Bitkinin çiçəkləri iri olub süpürgəvari salxım çiçək qrupunda yerləşir. Çiçəyin ləçəkləri ağ rəngdə olub, uzunsovdur və uc hissəsi çökəklik əmələ gətirir. Meyvələri qara rəngli, üzərində boz ləkələri var. Toxumları iri olur. İyun ayında çiçəkləyir, avqust ayında meyvələri yetişir.

Çохаlmаsı:

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii еhtiyаtının dəyişilməsi səbəbləri:

Bаşlıcа оlаrаq insаn fəаliyyətidir.

Bеcərilməsi:

Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul еdilmiş qоrumа tədbirləri:

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qоrumа tədbirləri:

Аzərbаycаnın “Qırmızı Kitabı”na dахil еdilməsi zəruridir.

Məlumat mənbələri:

  • Деревья и кустарники СССР. т.3.1954;
  • Флора Азербайджана. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  2. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Xarici keçidlər

http://dendrary.in-baku.com/?page_id=112

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ