dcsimg

Kumja ( Azerbaijani )

provided by wikipedia AZ
 src=
Kumja

Kumja (lat. Salmo trutta) — Qızılbalıqlar fəsiləsindən balıq növü. Adətən uzunluqları 30 — 70 sm, kütlələri 1 — 5 kq , bəzən isə 12 — 13 kq olur.


Yarımnövləri

Mənbələr

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Kumja: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ
 src= Kumja

Kumja (lat. Salmo trutta) — Qızılbalıqlar fəsiləsindən balıq növü. Adətən uzunluqları 30 — 70 sm, kütlələri 1 — 5 kq , bəzən isə 12 — 13 kq olur.


license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Qızılxallı ( Azerbaijani )

provided by wikipedia AZ

Qızılxallı (lat. Salmo trutta fario ) — Salmoniformes dəstəsinin növüdür. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış növdür.

Ümumi xarakteristikası

Bədənin bel tərəfində tünd yaşıl rəngdə, yanlarında açıq rəngdə, qarın tərəfində isə qızılı rəngdə xallar olur. Ağızı böyük olub ucda yerləşir. Çənəsində dişlər olur, bu dişlər iri balıqlarda yaxşı, körpələrdə isə zəif inkişaf etmişdir. Bel üzgəcindən arxada piy üzgəci yerləşir. Bel üzgəcində 3-4 şaxəsiz, [[7-12] şaxəli, anal üzgəcində 3 şaxəsiz, 7 - 10 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 111 - 128 arasında dəyişir.[1]

Arealı və Sayı

Qızılxallı Azərbaycanın Kür hövzəsindəki dağ çaylarının çoxunda – Qanıx, Balakən, Silban, Katex, Əlcihan, Turyan, Dəyirman, Tərtər, Kurək, Ağsu, Həkəri, Xaçın, Bazar, Qusar, Şəmkir, Xal-xal, Yalama, Zabux, Viləş, Lənkəran, Astara çaylarında, Quba-Xaçmaz düzənliyinin bulaq çaylarında (Qel, Nugədi, Qudyal, Vələmir, Dəvəçi), Göygöldə yayılmışdır.[2] Azərbaycandan kənarda Avropa və Asiyanın dağ çaylarında və göllərində təsadüf edilir. İntensiv ovlandığı üçün hazırda az saylı balığa çevrilmişdir. Sayı son dərəcə azalmış və bəzi çaylarda hətta nəsli kəsilmişdir.

Həyat tərzi

Çay qızılxallısı qədim və əsil şirin su balığıdır. Bəzi alimlərin fikrincə ondan qızılbalıq (kumja) törəmişdir, digərlərinin fikrinə görə qızılxallı (forel) qızılbalıqdan törəmişdir. O, başlıca olaraq dağ çaylarında və soyuq sulu göllərdə, dibi daşlı, təmiz, sərin və şəffaf sulu düzənlik çaylarında yaşayır. Bu sularda illik orta temperatur 8.9 – 13.7 0C olur. Qızılxallının əlamətləri çox dəyişkən olduğundan müxtəlif çaylarda, hətta eyni çayın müxtəlif hissələrində (yuxarı və aşağı) yaşayan fərdlərini müqayisə etdikdə onlar arasında çoxlu fərqlər olduğu meydana çıxır. Cinsi yetginliyə erkək fərdlər iki, dişi fərdlər üç yaşında çatır. Kürü tökmək üçün çayların daha yuxarılarına daşlı-qumlu və suyu təmiz olan yerlərə qalxır.

Uzunluğu 29-43 sm olan Göygöl qızılxallısının mütləq məhsuldarlığı 644 - 2341 ədəd arasında dəyişərək, orta hesabla 900 kürü olur. Çay qızılxallısının məhsuldarlığı 230-832 ədəd kürü olmaqla, orta hesabla 560 kürü təşkil edir.

Çay qızılxallısı qədim və əsil şirin su balığıdır. Bəzi alimlərin fikrincə ondan qızılbalıq (kumja) törəmişdir, digərlərinin fikrinə görə qızılxallı (forel) qızılbalıqdan törəmişdir. O, başlıca olaraq dağ çaylarında və soyuq sulu göllərdə, dibi daşlı, təmiz, sərin və şəffaf sulu düzənlik çaylarında yaşayır. Bu sularda illik orta temperatur 8.9 – 13.7 0C olur. Qızılxallının əlamətləri çox dəyişkən olduğundan müxtəlif çaylarda, hətta eyni çayın müxtəlif hissələrində (yuxarı və aşağı) yaşayan fərdlərini müqayisə etdikdə onlar arasında çoxlu fərqlər olduğu meydana çıxır. Cinsi yetginliyə erkək fərdlər iki, dişi fərdlər üç yaşında çatır. Kürü tökmək üçün çayların daha yuxarılarına daşlı-qumlu və suyu təmiz olan yerlərə qalxır. Uzunluğu 29 - 43 sm olan Göygöl qızılxallısının mütləq məhsuldarlığı 644 - 2341 ədəd arasında dəyişərək, orta hesabla 900 kürü olur. Çay qızılxallısının məhsuldarlığı 230 - 832 ədəd kürü olmaqla, orta hesabla 560 kürü təşkil edir.[3]

Məhdudlaşdırıcı amillər

Qızılxallı balıqların Azərbaycanın dağ və dağətəyi çaylarında sayını tənzim edən əsas amil yerlərdə qadağan olunmuş ov alətləri və usulları ilə kütləvi sürətdə ovlanmaları və muhafizə olunmaları sahəsində nəzarətin olmamasıdır.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

Qızılxallı balığın körpələrini süni artırma yolu ilə əldə edərək dağ çaylarına və göllərinə buraxılması və bu çay və göllərdə idman balıq ovunun təşkil olunması faydalı olar.

Ədəbiyyat

  1. Фортунатова К.Р. Фарели озера Гейгель. Тр. Севанской гидроб. станции, 1929, т. 2, вып. 2, 68 с.;
  2. Державин А.Н. Куринское рыбное хозяйство и мелиорация Мугани. Бак.Ихтиолог. лаборатории, 1929, б, т. III, вып. 2, с. 5 - 68;
  3. Кулиев З.М. Форели Азербайджана. Баку, 2005, 112 с.
  4. Azərbaycan Respublikasının "QIRMIZI KİTABI", II cild, Fauna, Bakı 2013
  5. Ekoloji Menecment, Dərs vəsaiti II cild, Bakı, 2014.-428 s

Həmçinin bax

Zərdəpər

İstinadlar

  1. Фортунатова К.Р. Фарели озера Гейгель. Тр. Севанской гидроб. станции, 1929, т. 2, вып. 2, 68 с.;
  2. Кулиев З.М. Форели Азербайджана. Баку, 2005, 112 с.
  3. Azərbaycan Respublikasının "QIRMIZI KİTABI", II cild, Fauna, Bakı 2013

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Qızılxallı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Qızılxallı (lat. Salmo trutta fario ) — Salmoniformes dəstəsinin növüdür. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış növdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ