dcsimg

Qara gəndəlaş ( Azerbaijano )

fornecido por wikipedia AZ

Qara kəndəlaş (lat. Sambucus nigra) — Doqquzdon – Caprifoliaceae fəsiləsindəndir. Kəndəlaş bitkisinin Azərbaycanda 2 növü yayılmışdır. Bunlardan biri – qara kəndəlaş adlanır. Təbabətdə ancaq qara kəndəlaşdan istifadə olunur.

Təbii yayılması

Makaroneziya,Şimali Afrika,Asiyada İranda,Türkiyədə,Avropada,Cənubi Qafqazda,Ukraynada,Moldoviyada,Belarusda,Yeni Zelandiyada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 4-10 metrə çatan koldur.Gövdələri budaqlı,nazik,oduncaqlı,qabığı və yumşaq məsaməli özəyi vardır.Yarpaqları üzbəüz,iri,uzunluğu 10-30 sm,lələkvarı,3-7 ədəd uzunsov-yumurtavari xırda yarpaqlardan ibarətdir.Çiçəkləri sarımtıl-ağ rəngli(ayrıca çiçəkləri ağ),diametri 5-8 mm,beşləçəkli,iri,diametri10-25 sm olan çiçək qruplarına yığılmışdır.Meyvəsi qara-bənövşəyi,giləmeyvə,diametri 5-7 mm olan sulu çəyirdəkdir.May-iyunda çiçəkləyir,meyvələri avqust-sentyabrda yetişir.

Ekologiyası

Yaxşı havalı və quru ərazilərdə bitir.Azərbaycanın torpaq-iqlim şəraitinə davamlıdır.

Azərbaycanda yayılması

Respublikanın bir çox rayonlarında-Şamaxıda,Qəbələdə,Qubada,Lənkəranda rast gəlinir.

İstifadəsi

Quru meyvələri qoxusuz,turşaşirin dadlıdır.Gəndəlaşın çiçəkləri və meyvələrindən dərman hazırlanır.bitkinin müxtəlif hissələrində bioloji aktiv,aşı maddələri,seliklər,pentozanlar,qatranlar,meyvələrində-antosianlar,askorbin turşusu,karotin,yarpaqlarında:quru xammalda-sambuniqrin,qatranlar vardır.

Məlumat mənbəsi

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Qara gəndəlaş: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Qara kəndəlaş (lat. Sambucus nigra) — Doqquzdon – Caprifoliaceae fəsiləsindəndir. Kəndəlaş bitkisinin Azərbaycanda 2 növü yayılmışdır. Bunlardan biri – qara kəndəlaş adlanır. Təbabətdə ancaq qara kəndəlaşdan istifadə olunur.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ