dcsimg

Yereşənlər fəsiləsi ( Azerbaijani )

provided by wikipedia AZ

Xarici görünüşü

Çox xırdadan orta ölçülərə qədər müxtəlif siçanşəkilli heyvanlardır. Bədəni uzunsov, vərdənəvarı, ətrafları gödəkdir. Gözləri çox xırdadır qulaq seyvanları adətən zəif inkişaf etmişdir. Bədəninin böyürlərində və əsasında yerləşmiş dəri vəziləri növə görə spesifik iyi - maddə ifraz edir. Xəz örtüyü sıx və yumuşaqdır. Kəlləsi uzunsov formada, üz hissəsi daralmışdır. Dişləri qırmızı-qəhvəyi və ya ağ rəngdə olur[1]

Həyat tərzi

Bütün yerqazanlar üçün daimi fəallıq səciyyəvidir. Bu, fəal maddələr mübadiləsi ilə bağlı olaraq onların böyük qarınqululuğunu şərtləndirir.

Arealı

Dünya faunasında 21cins və 271 növ, Qafqazda 4 cins və 8 növ ayırd edilmişdir. Arealı Avropa, Asiya, Afrika, Şimalı və Mərkəzi Amerika, Cənubi Amerikanın uzaq şimal-qərbini əhatə edir.

Ədəbiyyat

  • Azərbaycan heyvanlar aləmi, Onurğalılar III Cild , Bakı 2004

İstinadlar

  1. Azərbaycanın heyvanlar aləmi. III Cild, Onurğalılar, Bakı, 2004
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ