İbislər (lat. Threskiornithidae) – leyləkkimilər dəstəsinə aid quş fəsiləsi. İri və orta böyüklükdə quşlardır. Dimdiyi uzun, aşağı əyilmiş (əsl ibis) və ya düz, uc hissəsindən enlidir (ərsindimdik). Ayaqları uzun, barmaqlarının əsası qısa pərdələrlə birləşmişdir. 20 cinsi (32 növü) vardır. Azərbaycanda iki növü qaranaz (qaravay) və ərsindimdik yuvalayır. Bataqlıq və göllərdə yayılmışdır. Koloniyalarla ağacda, qamışlıqda, qayalarda və yerdə yuvalayır; 2-3 və bəzən 4 yumurta qoyur, 3-4 həftə kürt yatır. Cücü, qurd, molyusk, xərçəngkimilər, xırda balıq, qurbağa və s. ilə qidalanır.
Ərsindimdiklər (Plataleinae) yarımfəsiləsi
İbislər (Threskionithinae) yarımfəsiləsi