dcsimg

Göstərmələr ( Azerbaijani )

provided by wikipedia AZ


Göstərmələr (lat. Phasmatodea) polineopteralar (lat. Polyneoptera) dəstəüstünə aid heyvan dəstəsi.

Ümumi məlumat

Göstərmələrin çox nazik, uzunsov, bəzən də enli yarpaqşəkilli bədəni vardır. Baş hissəsi iri deyildir və proqnatik tipdədir. Bığcıqları sapşəkilli və ya qılşəkillidir, bəzən də çoxbuğumlu olur. Ağız orqanları gəmiricidir. Ayaqları eyni ölçüdədir, pəncələri demək olar ki, 5 buğumludur. Qanadları adətən olmur, olanda da ön qanadlar arxa qanadlara nisbətən qısa olur. Qarın hissəssi 10 buğumludur, qurtaracağında bir buğumlu serqi və dişilərdə isə yumurtaqoyan vardır. Göstərmələr bitki ilə qidalanırlar. Ən çox otluq sahələrdə, həmçinin kolluqlarda rast gəlinir və yavaş hərəkət edirlər. Yaşadıqları bitkilərin rənginə uyğun olaraq, yaşıl, qonur və ya boz rəngdə olurlar. Rəng və quruluşlarına görə bitkilərin müəyyən hissələrinə oxşayırlar ki, bununla da öz döşmənlərindən mühafizə olunurlar. Həmçinin kateleptik vəziyyətinə düşərək hərəkətsiz olmaq xüsusiyyətinə də malikdirlər[1].

Sceptrophasma bituberculatum (Redtenbacher, 1889) Azərbaycanda yayılmış yeganə növdür. Rəngi bozdur. Şoranotu, yovşan kollarında tez-tez nəzərə çarpır, ətraf bitkilərin fonuna tamamilə uyğun gəlir. Uzunluğu 50-80 mm-ə çatır[2].

Təsnifatı

  • Agathemerodea
    • Agathemeridae
  • Timematodea
    • Timematidae
  • Verophasmatodea
    • Anareolatae infradəstəsi
      • Diapheromeridae
      • Phasmatidae
    • Areolatae infradəstəsi
      • Aschiphasmatidae
      • Bacillidae
      • Heteropterygidae
      • Phylliidae
      • Heteronemiidae
      • Pseudophasmatidae

İstinadlar

  1. Ağayev B.İ., Zeynalova Z.A. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, (568 s.) səh.452.
  2. Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar tipi. Bakı: Elm, 2004, (388 s.) səh. 112-113.

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Göstərmələr: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ


Göstərmələr (lat. Phasmatodea) polineopteralar (lat. Polyneoptera) dəstəüstünə aid heyvan dəstəsi.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ