Gülümbaharın vətəni Aralıq dənizi sahilləridir.Vətənində il ərzində gül açır.Bitkinin adı calendae sözündən yaranmışdır,mənası hər ayın birinci rəqəmi deməkdir.Azərbaycanda bu cinsin 3 növü geniş yayılmışdır.Gülçülükdə bitkinin bir növü məlumdur. "Dərman gülümbaharı (C.officinalis) "-xalq arasında gülümbahar kimi tanınır.Bu böyük,qollu-budaqlı bitki olub,hündürlüyü 70 sm-ə çatır.Bitkinin çox miqdarda qılçıq gülləri olan çoxləçəkli formaları və bir neçə mədəni sortları vardır.Onların əsasında çoxlu yeni sortlar yetişdirilir.Çoxləçəkli və alçaqboylu formalar xüsusilə geniş yayılmışdır.Kalendulanın çoxaldılması (gülümbahaharın) aprel-may aylarında toxumlarla aparılır.Kalendulanın hamaşçiçəkləri hələ qədimdən dərman bitkisi kimi istifadə olunur.Bitkinin payızın axırlarına qədər çiçəkləməsi üçün yayın axırlarında onu budamaq lazımdır."Klarkiya gülümbaharı"nın (C.inguiculata) vətəni Kaliforniyadır.Növün adı amerikalı gəmi kapitanı V.Klarkın (1770-1836) şərəfinə verilmişdir.Dekorativ gülçülükdə 10 növdən istifadə olunur,onlardan 2 növü xüsusilə geniş yayılmışdır.Bitki 1832-ci ildən yetişdirilir.Müasir gülçülükdə ilk növündən istifadə olunmur,sadə,çoxləçəkli,müxtəlif rəngli çiçəkləri olan sort və hibridlərin mədəni formaları geniş yayılmışdır.