dcsimg

Çığırğan qartalça ( Azerbaijani )

provided by wikipedia AZ

Çığırğan qartalça (lat. Aquila clanga) - qartal cinsinə aid quş növü.

Great spotted Eagle I IMG 8362.jpg

Statusu

Nadirdir.

Kateqoriyası

(VU). Mənfi təsirlərə həssasdır.

Genefond əhəmiyyəti

Cinsin 5 növündən biridir.

Qısa təsviri

Bozqır qartalından az kiçikdir. Səsi bərk çıxır–“kiyak-kiyak”. Rəngi qara-qonurdur [1][2].

Yayılması

AvropaAsiyada yayılıb [3]. Azərbaycanda miqrasiya vaxtında olur, düzənlikdə tək-tək qışlayır [4][5][6]

Yaşayış yeri və həyat tərzi

Mart-apreldə və bir də sentyabrda dağda və düzəndə görünür [7]. Seyrək hündür ağac olan sahələri xoşlayır. Azərbaycanda miqrant populyasiyası qurbağa, kərtənkələ, siçanabənzər gəmiricilər və quşlar ilə yemlənir [8]. Lakin yediyi quşların çoxu ovçular tərəfindən yaralanmış olanlardır [9].

Sayı

XX əsrin axırına qədər adi saylı [10][11], sonralar isə nadir olub [12][13][14]. Qışlamasını təsdiq edən müşahidə yoxdur [15]. Son 10 ildə qışlamasını heç kim görməyib [16]. Miqrasiya dövründə isə 2000-ci ildə cəmi 46 quş qeyd edilib [17]. Son 10 ildə 30 quşdan çox olmayıb [18], yəni 35 % azalıb.

Məhdudlaşdırıcı amillər

Azərbaycandan keçən populyasiyanın sayı Xəzər dənizindən şimala tərəf yerləşən ərazidən (Rusiya) asılıdır. Azərbaycanda miqrasiya dövründə olarkən zərərli hesab edilib ovlanması da nadir olmasına rəvac verib [19].

Əhali üçün əhəmiyyəti

Siçan yeməsi faydalıdır. Sanitar əhəmiyyəti də var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağandır. Bioloji müxtəlifliyin saxlanılması prinsipinə əsasən, CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib. Beynəlxalq miqyasda qorunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Əhaliyə tanıdılması və qorunmasının vacibliyinin əhaliyə geniş izah edilməsi.

İstinadlar

  1. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 142;
  2. Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том I, с. 284-287;
  3. Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том I, с. 284-287;
  4. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 156-157;
  5. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 142;
  6. Mustafayev Q.T., Babayev İ.R. və b. Quşlar sinfi-Aves // Azərbaycanın heyvanlar aləmi. III cild. Onurğalılar. Bakı, “Elm”, 2004, s. 289;
  7. Mustafayev Q.T.,Sadıqova N.A. və b. Azərbaycanın qızılquşkimiləri və Qırmızı kitab // “Biologiyada elmi nailiyyətlər” mövzusunda Respub. elmi konf. mat-rı., Bakı, BDU, 2009, s. 290-292;
  8. Mustafayev Q.T., Babayev İ.R. Lənkəran-Talış bölgəsində nadir və nəsli kəsilmək qorxusu olan quşlar // Zoologiya İnstitutunun əsərlər toplusu (Musayev-85). Bakı, “Elm”, 2006, s. 80-82;
  9. Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том I, с. 284-287;
  10. Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 99;
  11. Радде Г. Орнитологическая фауна Кавказа. Тифлис, изд-во Кав-казского музея, 1884, с. 66-67; 10. Сатунин К.А. Материалы к по-знанию птиц Кавказского края // Изв. Кавказск. отд. РГО, Тифлис, 1907, с. 119.
  12. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 142;
  13. Mustafayev Q.T., Babayev İ.R. və b. Quşlar sinfi-Aves // Azərbaycanın heyvanlar aləmi. III cild. Onurğalılar. Bakı, “Elm”, 2004, s. 289;
  14. Mustafayev Q.T.,Sadıqova N.A. və b. Azərbaycanın qızılquşkimiləri və Qırmızı kitab // “Biologiyada elmi nailiyyətlər” mövzusunda Respub. elmi konf. mat-rı., Bakı, BDU, 2009, s. 290-292;
  15. Mustafayev Q.T., Sadıqova N.A. Təbiətdə quşların yemlənmə qaydalarına görə yaranan qrupları // XXI əsrdə “Biologiyanın aktual prob-lemləri” mövzusunda Respublika elmi konf. mat - rı., Bakı, BDU, 2010, s. 126 - 132;
  16. Mustafayev Q.T.,Sadıqova N.A. və b. Azərbaycanın qızılquşkimiləri və Qırmızı kitab // “Biologiyada elmi nailiyyətlər” mövzusunda Respub. elmi konf. mat-rı., Bakı, BDU, 2009, s. 290-292;
  17. Mustafayev Q.T., Sadıqova N.A. Təbiətdə quşların yemlənmə qaydalarına görə yaranan qrupları // XXI əsrdə “Biologiyanın aktual prob-lemləri” mövzusunda Respublika elmi konf. mat - rı., Bakı, BDU, 2010, s. 126 - 132;
  18. Mustafayev Q.T.,Sadıqova N.A. və b. Azərbaycanın qızılquşkimiləri və Qırmızı kitab // “Biologiyada elmi nailiyyətlər” mövzusunda Respub. elmi konf. mat-rı., Bakı, BDU, 2009, s. 290-292;
  19. Mustafayev Q.T., Sadıqova N.A. Təbiətdə quşların yemlənmə qaydalarına görə yaranan qrupları // XXI əsrdə “Biologiyanın aktual prob-lemləri” mövzusunda Respublika elmi konf. mat - rı., Bakı, BDU, 2010, s. 126 - 132;

Ədəbiyyat

  1. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Çığırğan qartalça: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Çığırğan qartalça (lat. Aquila clanga) - qartal cinsinə aid quş növü.

Great spotted Eagle I IMG 8362.jpg
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ