dcsimg

Ulaq ( Azerbaijani )

provided by wikipedia AZ

Ulaq, uzunqulaq və ya əhli eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir.

Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreedə, və Şimali Efiyopiyada yaşayırlar.

Ulaq nəqliyyat vasitəsi kimi

Azərbaycana faydaları

Arxeoloji tədqiqatlara və yazılı mənbələrə əsasən, Azərbaycanın çətin keçilən dağ yollarında uzunqulaq yeganə nəqliyyat vasitəsi olmuşdur. Yük heyvanı kimi uzunqulaq tunc dövrdən məlumdur. Dəvə karvanın müşayiət edən sarbanlar və çarvadarlar həmişə karvanın qabağında uzunqulağa minib gedərdilər. Çünki yaxşı yaddaşı olan uzuqulaq bir dəfə keçidiyi təhlükəli yoldan ikinci dəfə keçməzdi. XIII əsr coğrafiyaşünas-səyyah Zəkəriyyə Qəzvini yazırdı ki, əgər dumanlı havada çarvadar yolu itirərdisə, onda qabağa uzunqulağı buraxardı.

XIII əsrin digər məşhur səyyahı Marko Polo məlumat verirdi ki, Azərbaycanda sağlam, möhkəm, aclığa və suzuluğa davamlı uzunqulaq yetişdirilir ki, onların hər biri 30 markaya satırlar. Yerli tacir uzaq səfərlərə belə uzunqulaqla düşürlər.

Ucuz, dağ şəaitinə yaxşı bələd olan, heç bir qayğı tələb etməyən, aclığa dözümlü və təhlükəyə qarşı həssas olan uzunqulaqdan maldar elatları daha çox istifadə edirdilər. Uzunqulağı yükləmək üçün belinə palan vurulurdu. Bəzən nisbətən ağır yükləri ağır yükləri uzaq məsafəyə aparmaq üçün palanın latından tərlik əvəzinə, köhnə palazı dairəvi formada tikərək içinə pambıq, yun və küləş doldurulmuş loru qoyulurdu. İki ədəd belə yastılanmış mütəkkəyə oxşayan loru taylarını ikiüç yerdən qayışla bir-birinə bənd edərk iş heyvanını belinə aşırırdılar. Bəzən dağ kəndlərində uzunqulaqla odun daşıdıqda palanın üstünə "kıxı" adlanan ağac qaş da qoyulurdu.

Şəkilləri

Mənbə

Xarici keçidlər

Həmçinin bax

Bu şablona bax Əhliləşdirilmiş heyvanlarEv heyvanları Sərgi Kənd təsərrüfatı heyvanlarıMəməlilər

Alpaqa Camış Dəvə Keçi İnək Evdovşanı Lama At At qatırı Qatır Qoyun Maral Ulaq Donuz Fil Yak

Quşlar Cücülər Bu şablona bax Nəqliyyat vasitələriQuru nəqliyyatı At, Ulaq, Qatır, Öküz, Dəvə, Araba, Fayton, Avtomobil, Şərəban, Qazalaq, Prilotka, Dilican, Kareta, KəcavəFardierdeCugnot20050111.jpgSu nəqliyyatı Sal, Bərə, Qayıq, Kələk, Kolaz, Pələ, Şxun, Barja, Sandal, Kirjim, GəmiHava nəqliyyatı Təyyarə, Helikopter, Hava şarıDəmir yolu nəqliyyatı Konka, Tramvay, Qatar, Lokomotiv,Sadə yük nəqliyyatları Əl sürütməsi, Sürütmə, Torba, Şələ, Bağlama, Xurcun, Heybə, Səbət, Xərək
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ulaq: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Ulaq, uzunqulaq və ya əhli eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir.

Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreedə, və Şimali Efiyopiyada yaşayırlar.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ