dcsimg
Image of Brisingidae G. O. Sars 1875
Creatures » » Animal »

Echinoderms

Echinodermata

Dərisitikanlılar ( Azerbaijani )

provided by wikipedia AZ

Dərisitikanlılar (lat. Echinodermata) sonağızlılar qrupuna aid tip. 7000-ə qədər növü məlumdur.

Dərisitikanlılar dənizlərin dibində yaşayan və bədənləri beşşüalı simmetriyalı quruluşa malik olan heyvanlardır. Yetkin formaları şüalı, sürfələri isə ikiyan simmetriyaya malikdir. Bu, onu göstərir ki, onların əcdadı ikitərəfli simmetriyalı heyvanlar olmuşdur. ikinci bədən boşluğu (selom) yaxşı inkişaf etmişdir. Əsasən hərəkət funksiyası daşıyan su-damar və ya ambulakral sistemə malikdir. Bu sistem həmçinin tənəffüs, qismən ifrazat və başqa funksiyalar da yerinə yetirir. Daxili orqanlar bədən boşluğunda yerləşir.

Dərisitikanlılar tipi 5 sinfə bölünür: dəniz ulduzları, dəniz lalələri, ofiurlar, dəniz kirpiləriholoturilər. Xəzər dənizindəAzərbaycanın digər sularında yaşamır.Dərisitikanlılar sırf dəniz heyvanlarıdır . Bu tipə aid olan heyvanlar bədən formasının quruluşuna və müxtəlifliyinə görə lap qədim vaxtlardan diqqəti cəlb etmişdir. Bu heyvanlara dərisitikanlıların adının verilməsi və öyrənilmə tarixi qədim yunanlarla bağlıdır. Bir çox zooloqlar onları qurdlara , bir qismi isə bağırsaqboşluqlulara aid edirdilər . 1847 –ci ildə Frey və Leykart dərisitikanlıların şüalı heyvanlardan , xüsusilə bağırsaqboşluqlulardan fərqini izah edərək , müstəqil bir tipə ayırdılar. Dərisitikanlılar ikinciağızlı heyvanlardır . Bu xüsusiyyətinə görə onlar əvvəl təsvir olunan ilkağızlılardan fərqlənir və xordalılara yaxınlaşırlar . Onlar heyvanat aləmi içərisində yüksək quruluşlu formalar hesab olunur. Bununla belə dərisitikanlılar yetkin mərhələdə şüalı simmetriyaya malikdir. Lakin şüalı simmetriyaya malik olan sadə quruluşlu heyvanlarda şüalı simmetriya ilkin olduğu halda, dərisitikanlılarda bu xüsusiyyət sonradan qazanılmışdır. Dərisitikanlıların dəri örtüyü iki qatdan: ektodermal mənşəldən epidermis və onun altında yerləşən mezodermal mənşəli kutis qatından ibarətdir. Dərisitikanlılar üçün səciyyəvi xüsusiyyətlərdən biri onlardan əhəngli lövhələrdən ibarət bütöv zireh əmələ gətirir. Bu örtükdə xaricə çıxa bilən çoxlu miqdarda əhəngli iynələr var. Bu xüsusiyyətlərinə görə də tipə dərisitikanlılar adı verilmişdir.


Təsnifatı

Dərisitikanlılar tipi Echinodermata

Bu şablona bax Heyvanlar aləminin yarımaləm, tip və bəzi sinifləriParazoylar Süngərlər (Kirəcli süngərlər, Adi süngərlər, Altışüalı süngərlər) • Lövhəcikkimilər (Trichoplax)Mezozoylar OrtonektidlərDisiemidlərEumetazoylar DaraqlılarDalayıcılar (Mərcan polipləri, Hidroidlər, Sifoidlər, Yumrumeduzlar, Saçaqlı meduzlar, Myxozoa) Cycloneuralia: Scalidophora (Kinorinxlər, Lorisiferlər, Priapulidlər) • Nematoida (Yumru qurdlar, Qılqurdlar)
Panarthropoda: OnixoforlarƏrincəklilərBuğumayaqlılar Yastı qurdlarKirpikliqarın qurdlar
Gnathifera: RotatorilərTikanbaşlılarQnatostomulidlərMikroçənəlilərSikloforalar Trochozoa (Sipunkulidlər, Nemertinlər, Molyusklar, Həlqəvi qurdlar)
Lophophorata (Briozoylar, Sonboşluqlar, Trubkalılar, Çiyinayaqlılar) YarımxordalılarDərisitikanlılarXenoturbella Onurğalılar (Vertebrata, Miksinlər) • BaşıxordalılarTunikalılar
Mübahisəli olanlar
Acoelomorpha (Bağırsaqsız turbellarilər, Nemertodermatida) • Çənəsiqıllılar
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Dərisitikanlılar: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Dərisitikanlılar (lat. Echinodermata) sonağızlılar qrupuna aid tip. 7000-ə qədər növü məlumdur.

Dərisitikanlılar dənizlərin dibində yaşayan və bədənləri beşşüalı simmetriyalı quruluşa malik olan heyvanlardır. Yetkin formaları şüalı, sürfələri isə ikiyan simmetriyaya malikdir. Bu, onu göstərir ki, onların əcdadı ikitərəfli simmetriyalı heyvanlar olmuşdur. ikinci bədən boşluğu (selom) yaxşı inkişaf etmişdir. Əsasən hərəkət funksiyası daşıyan su-damar və ya ambulakral sistemə malikdir. Bu sistem həmçinin tənəffüs, qismən ifrazat və başqa funksiyalar da yerinə yetirir. Daxili orqanlar bədən boşluğunda yerləşir.

Dərisitikanlılar tipi 5 sinfə bölünür: dəniz ulduzları, dəniz lalələri, ofiurlar, dəniz kirpiləriholoturilər. Xəzər dənizindəAzərbaycanın digər sularında yaşamır.Dərisitikanlılar sırf dəniz heyvanlarıdır . Bu tipə aid olan heyvanlar bədən formasının quruluşuna və müxtəlifliyinə görə lap qədim vaxtlardan diqqəti cəlb etmişdir. Bu heyvanlara dərisitikanlıların adının verilməsi və öyrənilmə tarixi qədim yunanlarla bağlıdır. Bir çox zooloqlar onları qurdlara , bir qismi isə bağırsaqboşluqlulara aid edirdilər . 1847 –ci ildə Frey və Leykart dərisitikanlıların şüalı heyvanlardan , xüsusilə bağırsaqboşluqlulardan fərqini izah edərək , müstəqil bir tipə ayırdılar. Dərisitikanlılar ikinciağızlı heyvanlardır . Bu xüsusiyyətinə görə onlar əvvəl təsvir olunan ilkağızlılardan fərqlənir və xordalılara yaxınlaşırlar . Onlar heyvanat aləmi içərisində yüksək quruluşlu formalar hesab olunur. Bununla belə dərisitikanlılar yetkin mərhələdə şüalı simmetriyaya malikdir. Lakin şüalı simmetriyaya malik olan sadə quruluşlu heyvanlarda şüalı simmetriya ilkin olduğu halda, dərisitikanlılarda bu xüsusiyyət sonradan qazanılmışdır. Dərisitikanlıların dəri örtüyü iki qatdan: ektodermal mənşəldən epidermis və onun altında yerləşən mezodermal mənşəli kutis qatından ibarətdir. Dərisitikanlılar üçün səciyyəvi xüsusiyyətlərdən biri onlardan əhəngli lövhələrdən ibarət bütöv zireh əmələ gətirir. Bu örtükdə xaricə çıxa bilən çoxlu miqdarda əhəngli iynələr var. Bu xüsusiyyətlərinə görə də tipə dərisitikanlılar adı verilmişdir.


Dərisitikanlıların rəngarəngliyi  src=

Plectaster decanus dəniz ulduzu

 src=

Linckia sp. dəniz ulduzu

 src=

Strongylocentrotus franciscanus dəniz kirpisi

 src=

Mellita longifissa yastı dəniz kirpisi

 src=

Ophionereis reticulata ilanquyruğu

 src=

Голотурия Isostichopus badionotus

 src=

Cucumaria miniata holoturisi

 src=

Ptilometra australis dəniz laləsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ