dcsimg

Qonur palazqulaq yarasa ( Azerbaijano )

fornecido por wikipedia AZ

Qonur palazqular yarasa (lat. Plecotus auritus) — palazqulaqlar (lat. Plecotus) cinsinə aid yarasa növüdür.

Xarici görünüşü

Əsas əlamətləri bütün cinsin əlamətlərinə uyğundur. Bədənin uzunluğu 40-50 mm, çəkisi isə 6-12 qramdır. Xəzin rəngi bədənin üst tərəfində açıq sarıdan tünd-boz və qonurvari-boz rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi üst tərəfinə nisbətən açıqdır.

Yayılması

Arealı AvropaAsiya ərazisində olan cinsin arealına uyğundur. Səhraları çıxmaq şərti ilə Avroasiyanın hər yerində 60-63 dərəcə şimal en dairəsinə qədər yayılmışdır. Azərbaycanda bu növə Böyük və Kiçik Qafqazda təsadüf olunur.

Həyat tərzi

Adi növ olmasına baxmayaraq, sayca çox deyildir. Ağac koğuşlarında, çardaqlarda, yaşayış binalarındakı yarıq və boşluqlarda, ağac kötüklərinin içərisində özlərinə sığınacaq tapırlar. Çoxalma dövründə dişilərdən ibarət fərdlərin miqdarı nadir hallarda 20-30-a çatır. Erkəklər isə adətən bu zaman tək yaşayır, yayın axırlarında isə dişilərə qoşulurlar. İyunda dişi bir bala doğur, bir aydan sonra isə balaları yaşlı fərdlərdən fərqləndirmək çətin olur.

Axşam uçuşları tam qaranlıq düşəndən sonra başlayıb, sübhçağına qədər davam edir. Ağacların arasında qida axtarmağı üstün tuturlar. Oturaqdırlar, yayda yaşadıqları yerlərin yaxınlığındakı mağaralarda, evlərin qızdırılan hissələrində, yoğun ağacların koğuşlarında və s. yerlərdə qışlayırlar. Qış yuxusu zamanı heyvanlar qulaqlarını bellərinə doğru əyir ki, bu zaman onların qulaqlarının dəri çıxıntıları dik qalır. Oktyabr-noyabrda qış yuxusuna gedir, mart-apreldə isə oyanırlar.

Mənbə

  • Рахматулина И. К. Рукокрылые Азербайджана (Фауна, Экология, Зоогеография) // Баку, 2005, сс. 67-75;
  • Azərbaycanın heyvanlar aləmi. III hissə. Onurğalılar. Bakı, Elm nəşriyyatı, 2004

Xarici keçidlər

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Qonur palazqulaq yarasa: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Qonur palazqular yarasa (lat. Plecotus auritus) — palazqulaqlar (lat. Plecotus) cinsinə aid yarasa növüdür.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ