Xeliserlilər (lat. Chelicerata) — Buğumayaqlılar tipinə aid yarımtip.
Xeliserlilərin əksəriyyəti quru mühitində yaşayır. Onlarda antenna və antenulla tamamilə itmiş və əvəzində xeliser adlanan orqan əmələ gəlmişdir (xeliserlilər-qısqacbığcıqlılar deməkdir). Xeliser bir cüt olub, qısqaclara malikdir və ağzın önündə yerləşmişdir. Xeliserlilərin bədəni iki hissədən - baş-döş və qarıncıqdan ibarətdir. Quruda yaşayan xeliserlilərdə (hörümçəkkimilərdə) qarıncıq buğumlarının birləşməsi prosesi getmişdir, hətta buğumluluq tamamilə itmişdir. Suda yaşayan xeliserlilərdə qarıncığın ön şöbəsi qəlsəmələrlə təchiz olunmuş 6 cüt ətrafa malikdir, dal qarıncıq buğumları isə ətraflardan məhrumdur. Quruda yaşayanlarda isə qarıncıq ətrafları şəklini dəyişərək, tənəffüs orqanlarına - ağciyərlərə, tor ziyillərinə və s. çevrilmişdir[1].
Sinifləri:
Xeliserlilər (lat. Chelicerata) — Buğumayaqlılar tipinə aid yarımtip.