dcsimg

Ximerkimilər ( Azerbaijani )

provided by wikipedia AZ

Ximerkimilər (lat. Chimaeriformes) — Qığırdaqlı balıqlar sinfinə aid dəstə. Bütövbaşkimilər dəstəüstünə (digər təsnifata görə yarımsinfinə) daxildir. Qrupa 50-yə yaxın müasin növ daxildir. Əksər nümayəndələri 500 m-dən çox dərinliklərdə yaşayırlar.

Az saylı olan bu balıqlar dib həyatı keçirir. Bədən forması oxlovvarı olduğundan akulalara nisbətən oxşasalar da, visseral kəllənin ox kəlləyə birləşməsinə (autostil, yəni üst çənə ox kəllə tərkibinə keçib), dəri qəlsəmə qapaqlarının olmasına, anus və cinsiyyət dəliklərinin müstəqilliyinə, dişlərin plastinka formasına. xordanın daha yaxşı inkişaf etməsinə görə onlardan fərqlənir.

Bunlarla yanaşı bu balıqlarda akulalarda itib getmiş bəzi primitiv əlamətlər də qalıb. Belə əlamətlərdən başlanğıc halda olan fəqərə cisimciklərini, quyruq üzgəcinin körpələrdə protoserkal, yaşlılarda heteroserkal olmasını qeyd etmək olar.

Bu balıqların bəzilərinin mədəsi kiçikdir, yan xətt orqanı yaxşı inkişaf edib, əsl dəniz, həm də dərinlik balıqlarıdır, əsasən bir min metrdən dərində yaşayır, vətəgə əhəmiyyətli yoxdur. Başlıca olaraq dib onurğasızları ilə qidalanırlar. Tipik nümayəndələri Avropa ximeri və ya dəniz pişiyidir- chimaera minstrose, onun uzunluğu bir metrə qədər çatır. Qığırdaqlı balıqlar

Ədəbiyyat

  1. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 147.
  2. Abbasov H.S., Mustafayev Q.T., Məmmədova S.Ə., İsmayılov R.Ə. Bakı,1999,səh 119

Həmçinin bax

Onurğalılar

Qığırdaqlı balıqlar

Köpəkbalığı

Skatlar

Tənbəlkimilər

Lamnokimilər

Tikanquyruqkimilər

Rombvarıkimilər

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ximerkimilər: Brief Summary ( Azerbaijani )