dcsimg

Məxməri ağcaqayın ( Azerbaijani )

provided by wikipedia AZ

Məxməri ağcaqayın (lat. Acer velutinum) — hündürlüyü 35-40 m-ə qədər, gövdəsinin diametri 1,4 m-ə qədər olan iri çətiri olan böyük ağacdır. Gövdəsinin qabığı ət rəngi-çəhrayımtıl rəngdə, yaşlı ağacların aşağı hissəsi tünd-boz rəngdədir.

Yarpaq

Yarpaqları iridir, kağıza bənzər olub, uzunluğu 15-20 (40) sm, 5-bölümlüdür. Yarpağın qaidə hissəsi ürəkşəkilli, bəzən dəyirmi və ya kəsilmiş formadadır, üst tərəfdən tündyaşıl, həmişə çılpaq, alt tərəfdən daha açıq və ya göyümtül rənglidir, çılpaq və yaxud tamamən məxməri-yumşaq tüklcüklüdür; bölümləri sivri, bəzən kütdür, bərabər olmayan və iri dişlidir; təpə bölümləri yan bölümlərdən enli və bir qədər uzundur. Saplaq 12-25 sm uzunluqda olub, adətən yarpaq ayasına bərabər olur və ya ondan uzun olur.

Çiçək

Süpürgələr iridir və 12-15 sm uzunluqdadır, düzdurandır, tükcüklü budaqları meyvə verənə yaxın əyiləndir. Çiçəkləri kiçik olub, yaşılımtıl-sarı rənglidir. Meyvə: Meyvə qanadlarının uzunluğu 5 sm-ə qədərdir, çoxsaylıdır, qabarıq, xaricdən çılpaq, daxildən tükcükləri olan fındıqcaları vardır;qanadlar aşağı hissədə daralmış, yuxarıda isə genişlənmiş və düz və ya iti bucaq altında ayrılmışdır.

Çiçəkləməsi

Aprel-May

Meyvə verməsi

Avqust-Oktyabr

Azərbaycanda yayılması

BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, Lənk. oval., Lənk. dağ. Orta, bəzən yuxarı dağ qurşağına qədər (1800m). Yaşayış mühiti: Rütubətli meşə, dağ dərələrində, meşəli yamacların cuxurlarında, düzənliklərin rütubətli yerlərində rast gəlinir. Balaca sahəsi olan ağcaqayınlıq əmələ gətirir və dağ dərələrinin relikt meşələrinin, həmçinin digər düzənlik və dağ meşələrinin tərkibinə keçir. Bəzən tək-tək də rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

Dekorativ bitkidir. Oduncağı xarrat və dülgər işlərində istifadə olunur. Nektarverən bitkidir.[1]

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Məxməri ağcaqayın: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Məxməri ağcaqayın (lat. Acer velutinum) — hündürlüyü 35-40 m-ə qədər, gövdəsinin diametri 1,4 m-ə qədər olan iri çətiri olan böyük ağacdır. Gövdəsinin qabığı ət rəngi-çəhrayımtıl rəngdə, yaşlı ağacların aşağı hissəsi tünd-boz rəngdədir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ