dcsimg
Image of Exploding Cucumber
Creatures » » Plants » » Dicotyledons » » Cucumber Family »

Exploding Cucumber

Ecballium elaterium (L.) A. Rich.

Adi dəlixiyar ( Azerbaijani )

provided by wikipedia AZ

Adi dəlixiyar (lat. Ecballium elaterium)[1] digər adları: Adi it xiyarı və ya İt qarpızı [2]balqabaqkimilər fəsiləsinin dəlixiyar cinsinə aid bitki növü.[3]

Botaniki təsviri

Hündürlüyü 10-50 sm olan çoxillik ot bitkisidir. Bir neçə qısa gövdə əmələ gətirir. Yarpaqları iri, yumurtavari-ürəkvari, zəif dilimlidir. Bütövlüklə cod nahamardır. Tacı kifayət qədər böyük, açıq sarı rəngdədir. Meyvəsi uzunsov, ovalvari, toxunduqda sürətlə sıçrayıb şirə buraxır. May-avqust aylarında çiçəkləyir, iyun-noyabr aylarında meyvə verir.

Mənşəyi və yayılması

Adi dəlixiyar kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır.

Azərbaycanda adi dəlixıyar Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi və cənub rayonları, Bozqır yaylası, Samur-Dəvəçi və Kür-Araz ovalıqları, Kür və Naxçıvan düzənliyi, Abşeron, Qobustan, Lənkəranın Muğan rayonları və Diabarda yayılmışdır. Arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 2300 m qədər) bitir.

Ekoloji qrup və bitdiyi yerlər

Mezokserofitdir, dağ-kserofit və alaq bitkilik tiplərində rast gəlir. Quru yamaclarda, bostanlarda, alaq yerlərdə qrup şəklində bitir, dincə qoyulmuş torpaqlarda sıx ləkələr əmələ gətirir.

Kimyəvi tərkibi

Steroid, alkaloid, flavonoid, piyli yağlar və karotinoidlərlə zəngindir.

Təsiri və tətbiqi

Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, eksperimental və xalq təbabətində, habelə kliniki sınaqlarda və homeopatiyada geniş tətbiq edilir. Əsasən böyrək, dəri, revmatizm, malyariya, sarılıq, babasil, bəd xassəli şişlər, radikulit xəstəlikləri, podaqra, işləmə, baş, qulaq və diş ağrıları zamanı istifadə olunur. Antibakterial, antihelmint, antifunqal, sidikqovucu, qusdurucu, işlədici və bəd xassəli şişlərə qarşı təsirə malikdir.

Əkstəsirləri

Zəhərlidir, daxilə qəbulu zamanı ehtiyatlı olmaq lazımdır.

İstifadə olunan hissələri

Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, çiçəkləri, meyvələri və kökü istifadə edilir.

İstifadə formaları

Cövhər və şirələr.

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı: Elm, 1998.
  2. Şərqi Azərbaycan ostanının dərman bitkiləri
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası. Bakı: 2009.

Mənbə

  • Mehdiyeva N.P. Azərbaycanın dərman florasının biomüxtəlifliyi. Bakı: 2011

Həmçinin bax

Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Adi dəlixiyar: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Adi dəlixiyar (lat. Ecballium elaterium) digər adları: Adi it xiyarı və ya İt qarpızı – balqabaqkimilər fəsiləsinin dəlixiyar cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ