dcsimg

Eynəkli pinqvin ( Azerbaijani )

provided by wikipedia AZ

Eynəkli pinqvin[1] və ya Afrika pinqvini (lat. Spheniscus demersus) — Eynəkli pinqvinlər cinsinə daxil olan növ.

Xarici görünüş

Öz cinsinin ən böyük nümayəndəsidir. Uzunluğu 65-70 sm, çəkisi 3-5 kq təşkil edir. Öz cinsinin digər nümayəndələri kimi onunda önü ağ, arxası isə qara rəngdə olur.

Yayılması

Arealı Cənubi Afrika, Namibiya və yaxınlıqda yerləşən adaların sahillərində yayılmışdır. 1900-cu ildə populyasiyanın sayı 2 mln, 2015-ci ildə isə sayı 140-180 min baş olmuşdur.

Həyat tərzi

Bu növün nümayəndələri 20 km/s sürətlə suyun 100 m dərinliyinə üzə bilirlər. Suyun altında 2-3 dəqiqə qala bilirlər. Qida arxasınca 70–120 km dəniz daxilinə üzürlər. 2015-ci ildə Tiflisdə baş vermiş daşqın zamanı Tiflis zooparkından eynəkli pinqvin Kür çayı ilə 60 km aşağı axara doğru üzmüşdür[2]. Əsasən kiçik balıqlarla qidalanırlar[3]. Onların əsas düşmənləri: Köpək balıqları, dəniz pişikləri, qağayıları, insanlar və tənha pişiklər[4].

Qışqırıqları eşşək səsinə bənzəyir. Bu canlılar 10-12 il yaşaya bilirlər. 4-5 ilə nəsil verirlər. İki yumurta qoyan qişi ilə yanaşı erkəklərdə yumurtanın inkubasiyasında iştirak edir.

Qorunması

Növ Beynəlxalq Qırmızı Kitaba daxil edilmişdir. Növün sayı XX əsrdə yumurtlarının kütləvi yığılması sayəsində sayları olduqca azalmışdır. 1900 - 1930 illərdə il ərzində 450 min, 1950-ci illərdə ilə 100 min yumurta yığılmışdır. Təkcə 1919-cu ildə 600 min yumurta yığılır.

Qalereya

Ədəbiyyat

  • Бейчек В., Штясны К. Птицы. Иллюстрированная энциклопедия. — М.: Лабиринт-пресс, 2004. — 288 с.
  • Коблик Е. А. Разнообразие птиц. Часть 1. — М.: Издательство Московского университета, 2001.
  • Жизнь животных. В 7 томах. Т. 6. Птицы. — М.: Просвещение, 1986. — 527 с.

Mənbə

  • Гладков Н. А., Рогачева Э. В., Сыроечковский Е. Е. Надотряд Плавающие птицы (Impennes) // Жизнь животных. Том 6. Птицы / под ред. В. Д. Ильичева, И. В. Михеева, гл. ред. В. Е. Соколов. — 2-е изд. — М.: Просвещение, 1986. — С. 36—37. — 527 с.
  • Tiflis zooparkından qacan pinqvin Azərbaycan sərhədinə qədər üzə bilmişdir
  • Spheniscus demersus
  • http://www.iucnredlist.org/search/details.php/20608/all
  • license
    cc-by-sa-3.0
    copyright
    Vikipediya müəllifləri və redaktorları
    original
    visit source
    partner site
    wikipedia AZ

    Eynəkli pinqvin: Brief Summary ( Azerbaijani )

    provided by wikipedia AZ

    Eynəkli pinqvin və ya Afrika pinqvini (lat. Spheniscus demersus) — Eynəkli pinqvinlər cinsinə daxil olan növ.

    license
    cc-by-sa-3.0
    copyright
    Vikipediya müəllifləri və redaktorları
    original
    visit source
    partner site
    wikipedia AZ