Psilofitlər sırasına aşağıdakı cinslər daxildir: riniya (Rhynia) horneya (Hornea), psilofit (Psilophyton) asteroksilon (Asteroxylon).
Riniya morfoloji və anatomik quruluşca çox sadə olan 10-30 sm hündürlükdə və 5 mm yuğunluqda xırda bitki imiş. torpağın altında üfüqi vəziyyətdə uzanan kökümsov gövdəsi və qarşı-qarşıya haçalanan yerüstü gövdəsi var imiş.
Psilofitlərin qametofitləri tapılmadığından, onlarda nəsil növbələşməsi haqqında məlumat vermək çətindir. Lakin psilofitkimilər sinfinin psilotlar (Psilotales) sırasına mənsub olan psilot (Psilotum) cinsində hametofit bəzi məsələləri aydınlaşdırmağa kömək etmişdir.