dcsimg

İkiqanadlılar ( Azerbaijani )

provided by wikipedia AZ

İkiqanadlılar, milçəklər (lat. Diptera) – Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota) dəstəüstünə aid dəstə.

Ümumi məlumat

Yalnız bir cüt qabaq qanadı (adı da buradandır) inkişaf etmişdir. Dal qanadlar reduksiyaya uğramış və "vızıltı" orqanına çevrilmişdir. Dəyirmi başının yanlarında iri faset gözləri var. Ağız orqanı sorucudur. Bədəni uzunsovdur (1—50 sm-dək). İkiqanadlıların 80 min-dən artıq növü məlumdur. Bunlardan 2 minə yaxın növü Azərbaycanda təsadüf edilmişdir. Sürfələri yırtıcı həyat sürür. İnkişaf sikli dənizdə keçən növlər də var. Adətən sürfələr torpaqda, çürüyən bitki toxumalarında, şirinsu hövzələrində, yaşıl bitkilərdə, heyvan cəmdəklərində və ya heyvan parazitləri kimi inkişaf edir. Yetkin ikiqanadlılar çiçək nektarı və çürüyən maddələrlə qidalanırlar. Heyvanların qanını sorur. Bəziləri qidalanmır. Bir çox ikiqanadlıların (uzunayaqlılar, Hesse milçəyi, İsveç milçəyizeytun milçəyi) sürfəsi bitkilərin təhlükəli zərərvericiləridir. Qnuslar adlanan qansoran ikiqanadlılara bəzi yerlərdə külli miqdarda rast gəlinir. İkiqanadlıların çoxu insanda və ev heyvanlarında xəstəlik törədiciləridir (göyünlər, ağcaqanadlar, ev milçəyi, qansoranlar və s). Sürfələri zərərli cücülərin bədənində inkişaf edən bəzi ikiqanadlılar kənd təsərrüfatı zərərvericilərinin sayını azaldır və bunlardan bioloji mübarizədə istifadə olunur[1]

Təsnifatı

İstinad

  1. Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar tipi. Bakı: Elm, 2004, (388 s.) səh.333-340.

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

İkiqanadlılar: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

İkiqanadlılar, milçəklər (lat. Diptera) – Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota) dəstəüstünə aid dəstə.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ