dcsimg

Çin panqolini ( Azerbaijani )

provided by wikipedia AZ

Çin kərtənkələsi[1], və ya Çin panqolini[1] (lat. Manis pentadactyla) — Panqolinlər dəstəsinə aid sürünən növü. Asiyada yayılmış dörd növdən biri.

Xarici görünüş

Çin panqolinlərinin uzunluğu 60 sm, quyruqları 18 sm təşkil edir[2]. Bu canlıların bədənlərində 18 cərgə pulcuq olur. Bu isə sürünənlər üçün qeyri adidir. Onların kiçik başı və ensiz quyruqları olur. Burunları iri olur. Bu canlılar dairəvi formaya malik olurlar. Ön və arxa ətraflar iti caynaqlara sahib olur. Digər sürünənlərdən fərqli olaraq yaxşı inkişaf etmiş qulaq seyvanına malikdir.

Yayılması

Çin paqolinlərinə Nepalın qərbi, Assam, Şərqi Himalay, BirmaÇində rast gəlinir.

Xüsusiyyətləri

Qidalanma yeri

Çin paqolinləri enliyarpaq və subtropik meşələrdə yayıllırlar. Nepalın təpəlik ərazilərində onlara rast gəlmək mümkündür. Səbəb isə bölgədə çoxlu termit yuvaları mövcuddur.

Çində onları iyuq qazan canlılar kimi tanıyırlar. Onlar öz güçlü əlləri və iti dırnaqları ilə uzunluqları 8 m olan yuva qaza bilirlər. Onlar bu tip oyuğu 3-5 dəqiqəyə qaza bilirlər. İçəri daxil olan canlı elə oradanc ehmalca girişi bağlaya bilir.

Həyat tərzi

Çin paqolinlərinin həyatı barədə məlumat olduqca azdır. Bu onların gecə həyatı sürməsi ilə əlaqədardır. Astagəl hərəkətə malik canlılardır. Demək olar ki, aqressivlik nümaş etdirmirlər. Onların üzərinə hansısa yırtıcı düşərsə, bu canlılar bükülərək öz qalın pulcuqlarına arxayın olurlar. Pulcuqlar bütün bədəni əhatə edir. Əsasən yer üstü canlılardırlar. Ancaq bəzi hallarda ağaca belə çıxırlar. Digər panqolinlər kimi Çin panqolinləridə qarışqa və termitlərlə qidalanır. Onlar həmdə öz dırnaqlarında termitlərin yuvalarında dəlik açmaq məqsədi üçün istifadə edirlər. Sonra olar uzun dillərini dəlikdən içəri salaraq şikarını yeyir. Dilin uzunluğu 25 sm təşkil edir.

Çoxalması

Nepalda panqolinlər aprel-may ayları bala verir. Balanın uzunluğu 45 sm, uzunluğu usə 1 fut təşkil edir. Balalar doğularkən belə pulcuğa sahib olurlar. İlk iki gün balalar olduqca zəif olur. Doğulan andan hərəkət etmək istəyən balaları anası quyruğu və belində gəzdirir. Erkəklərdə balalarına qarşı şəfqətli davranır.

Statusu

Çin panqolinləri təhlükədə olan növ olaraq (ing. EN, Endangered)[3] qeydə alınmışdır. Onların həyatı üçün əsas təhlükə ətlərinə görə ovlanmaları və yaşadığı bölgələrin mənimsənilməsidir.

Qalereya

İstinadlar

  1. 1,0 1,1 Соколов В. Е. Пятиязычный словарь названий животных. Млекопитающие. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1984. — С. 136. — 10 000 экз.
  2. Shepherd, Chris R. (2012). A Naturalist's Guide to the Mammals of Southeast Asia. Wiltshire, UK: John Beaufoy Publishing. 13. ISBN 978-1-906780-71-5.
  3. Çin panqolinləri
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Çin panqolini: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Çin kərtənkələsi, və ya Çin panqolini (lat. Manis pentadactyla) — Panqolinlər dəstəsinə aid sürünən növü. Asiyada yayılmış dörd növdən biri.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ