dcsimg

Çin hibiskusu ( Azerbaijano )

fornecido por wikipedia AZ

Çin hibiskusu (lat. Hibiscus rosa-sinensis)[1]hibiskus cinsinə aid bitki növü.[2]

Təbii yayılması:

Çin hibiskusu və ya Çin qızılgülünün (lat. Hibiscus rosa-sinensis) vətəni Çinin cənubu və Hind-Çin şimalıdır, ancaq bitki tropik və subtropik iqlimi olan digər vilayətlərə də yaxşı introduksiya olunmuşdur. Çin hibiskusu Malaziyada “Bunqaraya” adlandırılır və milli çiçək, ölkənin simvollarından biridir, qəpik pullardada təsvir edilmişdir. Maraqlıdır ki, “Çin qızılgülü” adına baxmayaraq, növ əsl qızılgülə (itburnuya) aidiyyatı yoxdur və digər sıraya aiddir. Yarpaq bünövrəsinin forması yumrudur.

Botaniki təsviri:

Hündürlüyü 3 m-dək, parlaq, hamar, tünd yaşıl yarpaqlı və çiçəklərinin diametri 16 sm-dək olan həmişəyaşıl koldur. Təbii şəraitdə martdan oktyabradək çiçəkləyir. Dekorativ kol və ya kiçik ağacdır. Yarpaqları yumurtavari-neştərvari, çox və ya az ucu biz, ucu dişlidir. Çiçəkləri iri, tək, qoltuqda yerləşir; çiçək tacının diametri 7,5 sm, boruvari, saplaqları qırmızıdır.

Еkоlоgiyаsı:

Temperatura tələbkardır (qışda+120C-dən aşağı olmayan, yayda +250C-dək).

Аzərbаycаndа yаyılmаsı:

Dendroloji parkda introduksiya edilmişdir. Abşeronda park və bağlarda rast gəlinir.

İstifаdəsi:

Bağçılıqda dekorativ bitki kimi geniş istifadə edilir, müxtəlif çalarlı və ölçülü çiçəkləri olan yeni sortları vardır.

Mənbə

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov


Məlumat mənbələri

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad

  • Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Çin hibiskusu: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Çin hibiskusu (lat. Hibiscus rosa-sinensis) — hibiskus cinsinə aid bitki növü.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ