dcsimg

Adi balıqcıl ( Azerbaijano )

fornecido por wikipedia AZ

Adi balıqcıl (lat. A.atthis L) — Göyçəqarğakimilər dəstəüstünə aid quşlar dəstəsi.

Haqqında

Bizdə nominativ yarımnövlə təmsil olunmuşdur. Sərçədən bir qədər iridir. Üstü göyümtül-yaşıl, quyruqüstü parlaq-göy , boğazı oxra-ağımtıldır. Dimdiyində, peysərinə tərəf gözlərindən keçməklə enli zolaq uzanır. Bədəninin altı paslı-kürəndir. Dimdiyi qırmızımtıldır. Uçuşu sürətli, tez-tez qanad çalmaqladır. Adətən suyun düz üstündə uçur. Arealı Avropa, Asiya, Şimali Amerikadır. Asan və dağətəyi rayonların, çay, göl və başqa su hövzələrində məskunlaşır. Oturaq yaşayır. Qış mövsümündə bir hissəsi dağlardan arana və cənuba köçür. Azsaylıdır. Uçurumlardakı, yuvalarda yuva quraraq aprelin sonunda 65-70 sm uzunluğunda çuxur qazır. Mayda 5-7 ağ yumurta qoyur. 19-20 gün kürt yatır. Cücələri ancaq dişi yemləyir. Bəzi cütlər mövsüm ərzində 2 dəfə cücə çıxardır. Yalqız və ya cütlərlə gəzir. Xırda balıqlar və su cücüləri ilə qidalanır.

Mənbə

Azərbaycan heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı «Elm». 2004 - 620 s.

Həmçinin bax

Xarici keçidlər

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Adi balıqcıl: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Adi balıqcıl (lat. A.atthis L) — Göyçəqarğakimilər dəstəüstünə aid quşlar dəstəsi.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ