dcsimg

Dodaqayaqlılar ( Azerbaijani )

provided by wikipedia AZ

Dodaqayaqlılar (lat. Chilopoda) — buğumayaqlılar tipinin çoxayaqlılar yarımtipinə aid sinif.

Xarici quruluşu

Dodaqayaqlıların bədəni dartılmış, bel-qarın istiqamətində yastılanmış olub, başa və hər seqmentində bir cüt qaçış ətrafı olan seqmentləşmiş gövdəyə bölünür. Anal-genital sahəni təmsil edən birinci və bir neçə sonuncu seqmentlərdə ətraflar olmur. Başın ön kənarında seqmentləşmiş antenalar (bir cüt) yerləşir. Başın böyürlərində bəzən böyük topalar əmələ gətirən mürəkkəb faset gözə (milçəktutanlarda) bənzəyən gözcüklər yerləşir. Bəzən isə daim torpaqda yaşayan formalarda (geofil və kriptoslarda) gözlər olmur. Ağız hissələri 3 cüt çənə ilə təmsil olunmuşdur. Xilopodların ayaqları çanaqcıq (geofillərdə) reduksiyaya uğramışdır, burma (skolopendrkimilərdə son cüt ayaqlarda reduksiyaya uğramışdır), budönü, bud, baldır və pəncəkdən ibarət olub, buğumlarının sayı 1-2-yə çatır. Son cüt ayaqların arxasında gövdənin buğumlu çıxıntıları – dişi və erkək qonopodiyaları olan genital-anal şöbəsi yerləşmişdir. Xilopodlar ayrıcinsli heyvanlardır. Cinsi çoxalma zamanı onlarda «xarici-daxili» mayalanma müşahidə edilir. Bu zaman erkək uzadılmış hörümçək toruna spermatofor qoyur, dişi isə sonra onu götürür. Müəyyən xilopod dəstələrinin nümayəndələrində mayalanma prosesinin özü bir qədər fərqlənir.[1]

Həyat tərzi

Dodaqayaqlı çoxayaqlılar – ən müxtəlif onurğasızlarla qidalanan fəal yırtıcılardır. Başqa çoxayaqlı qruplarının nümayəndələri kimi, dodaqayaqlılar da torpaqla sıx bağlı olub, vaxtın çoxunu torpaqda, daşların və kötüklərin altında, meşə döşənəyində, qaya yarıqlarında və başqa sığınacaqlarda keçirərək, yalnız gecələr torpağın səthinə çıxırlar. Torpağın üst təbəqəsinin və döşənəyin sakinlərinin mühüm hissəsini təşkil edən xilopodlar zərərli cücülərin məhv edilməsində böyük əhəmiyyət daşıyırlar. Dodaqayaqlı çoxayaqlıların çoxu torpaq şəraitinin etibarlı göstəricisidir. Xilopodlar dörd dəstədə təmsil olunmuşlar. Səhralardan başqa bütün landşaft zonalarında yayılmış xilopodların 3000-ə yaxın növü məlumdur.[1]

Dəstə və fəsilələri

Tanınmış növləri

  • Nəhəng scolopendr Scolopendra gigantea

Ədəbiyyat

  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Xarici keçidlər

Bu şablona bax Müasir buğumayaqlıların yarımtip və sinifləri Aləmi: Heyvanlar · Yarımaləm: Eumetazoa · Bölmə: Bilateriallar · Yarımbölmə: İlkağızlılar · Tipüstü: EcdysozoaXeliserlilər yarımtipi Hörümçəkkimilər · Merostomata · PantopodlarÇoxayaqlılar yarımtipi Dodaqayaqlılar · İkicütayaqlılar · Pauropodlar · SimfillərAltıayaqlılar yarımtipi Həşəratlar · GizliçənəlilərXərçəngkimilər yarımtipi Ayaqqəlsəməlilər · Daraqayaqlılar · Sefalokaridlər · Çənəayaqlılar · Çanaqlı xərçənglər · Ali xərçənglər Trilobitkimilər yarımtipi Trilobitlər Marellokimilər yarımtipi Açerkostrakalar · Çiklinalar · Marrellinalar · Mimetasteridalar
  1. 1,0 1,1 Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Dodaqayaqlılar: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Dodaqayaqlılar (lat. Chilopoda) — buğumayaqlılar tipinin çoxayaqlılar yarımtipinə aid sinif.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ