dcsimg

Ağ Amerika kəpənəyi ( Azerbaijani )

provided by wikipedia AZ

Ağ Amerika kəpənəyi (lat. Hyphantria cunea) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ.

Xarici quruluşu

Zərərvericinin kəpənəyi ağ rəngdədir. Qanadları açıq halda 40-50 mm-dir. Bığcıqları qaradır. Sanki ağ hissəciklərlə tozlanmışdır. Dişi fərdlər erkəklərdən böyük olur. Erkək fərdlərdə bığcıqlar lələkşəkilli, dişilərdə isə sapşəkillidir. Erkək fərdlərin ön ayaqlarının bud və burma hissələri tünd sarıdır. Erkək fərdlərin qanadları üzərində tünd-qəhvəyi rəngdə nöqtələr vardır. Baş hissəsi uzun tükcüklərlə örtülmüşdür. Bığcıqları qaradır. Qarıncığın çox hissəsi ağdır. Ayaqları açıq-sarıdır. Yumurtası qızılı-sarımtıl olmaqla, kiçik və hamardır, 05-07 mm-dir. Tırtılları, I-II yaşlarda açıq-sarımtıldır, bel hissəsində iki cərgədə qara və ağ tükcüklər vardır. Axırıncı yaş tırtılın uzunluğu 30-35 mm-dir. İpək baramacığın içərisində, pup mərhələsində ağacların qabığı altında, gövdə yarıqlarında, yerə tökülmüş yarpaqlar altında və bəzən də torpağın 2,5-3 sm dərinliyində qışlayır. Pupun uzunluğu 12-15 mm olur. Tünd-qəhvəyi rəngdədir.[1]

Həyat tərzi

Evribiont növdür. Bu ayıca kəpənəyi 120 növ bitkiyə zərər verir. Abşeronda aparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalanması müəyyən olunmuşdur. Tut ağacının müxtəlif növlərinə, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və s. növlərə zərər verir. Kəpənəyi may ayının əvvəllərində, iyul aylarında uçur, 2 nəsil verir. Birinci nəsil kəpənəklərin kütləvi uçuşu isə iyun ayının ikinci yarısına təsadüf edir. Uçuş 15-25 gün davam edir. Kəpənəklər 10-14 gün yaşayır. Onlar axşama yaxın uçurlar, gündüzlər yarpaqların alt və üst tərəflərinə topa halında yumurta qoyurlar və yumurtaların üzərini şəffaf tükcüklərlə örtürlər. İyul ayının ikinci yarısında ikinci nəslin kəpənəkləri görünməyə başlayır. amerika kəpənəyinin axırıncı yaşlı tırtıllarını ən çox taxin milçəkləri, puplarını isə xalsid və ixnevmanid parazitləri yoluxdurur. Bəzən bu mərhələlərdə parazit tərəfindən ziyanvericinin məhvi 95%-ə çatır. [2] Ağ amerika kəpənəyinin Avropa arealındakı entomofaq kompleksi əsasən onunla eyni ərazidə yaşayan fitofaq növlərin yırtıcı və parazitləri hesabına baş verir.[3]

Yayılması

Rusiya, Ukrayna, Moldova, Qafqaz, Azərbaycan (Quba-XaçmazAbşeron bölgələri), ABŞ, Meksika, Kanada, Avropa ölkələrində yayılmışdır.

Ədəbiyyat

  • S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.
  • E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (dissertasiya). Bakı: 2013.
  • Чураев И.А. Сельхозгиз. Москва: 1962, 102 с.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (dissertasiya). Bakı: 2013.
  2. S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.
  3. S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ağ Amerika kəpənəyi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Ağ Amerika kəpənəyi (lat. Hyphantria cunea) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ