dcsimg

Şərq başınağacı ( Azerbaijani )

provided by wikipedia AZ

Şərq başınağacı

Təbii yayılması

Şərq başınağacı Qərbi və Şərqi Zaqafqaziyada,dağların orta və aşağı zolağında bitir.

Botaniki təsviri

Hündürlüyü 2 m-dək,hamar,qonur qabıqlı koldur.Budaqların və gövdələrin qabığı hamar,qonur,bünövrəsində çatlar vardır.Yarpaqları yumru,uzunluğu 6-15 sm,yuxarı hissəsi 3pərli,əlvari yayılmış,damarcıqlı,bünövrələri ürəkvari və ya uzunsovdur,kənarı iri və iti dişli,bəzən qeyri-bərabərdir.Yarpaq ayasının üstü tünd-yaşıl,çılpaq,alt tərəfi daha açıqdır.Tumurcuqları 2 cüt pulcuqlu,qısa ayaqlarda yerləşir.Saplaqları qısa,bünövrələrində sapvari yarpaq altlıqları yerləşmişdir.Çiçəkləri ikicinslidir,altı-səkkiz şüalı,çoxçiçəkli,diametri 4-7 sm olan,çətirvari süpürgələrə yığılmışdır.Çiçək saplaqları qısa tükcüklərlə sıx örtülmüşdür,zəngvari çiçək tacının uzunluğu təxminən 3 mm,ləçəklərin uzunluğu 4 mm-ə çatır.Erkəkcikləri çiçək tacından uzundur.İyun-iyulda çiçəkləyir.Meyvələri ellipsvari,əvvəlcə parlaq qırmızı,sonra qara-al qırmızı,lətlidir; çəyirdəkləri hamar,uzunluğu 8-9 mm-dir.Meyvələri sentyabrda yetişir.Şərq başınağacı toxumlarla çoxalır,gövdə qələmləri kötük və zoğları ilə bərpa olunur.

Ekologiyası

İstisevən,kölgəyədavamlıdır.Torpaqların zənginliyinə və nəmişliyinə tələbkardır.

Azərbaycanda yayılması

Kiçik Qafqaz meşələrində aşağı və orta yaruslarda bitir..

İstifadəsi

Yamacların eroziyadan,üst axının torpağın içərisinə keçməsindən qorunması üçün istifadə etmək daha perspektivlidir.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Şərq başınağacı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Şərq başınağacı

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ