Başınağacı (lat. Viburnum)[1] – adokskimilər fəsiləsinə aid bitki cinsi.[2]
Azərbaycanda yabanı halda 3 növü yayılıb, təbabətdə adi başınağacı (Viburnum opulus) istifadə edilir.
Adi başınağacı – yaşıltəhər, qonur – boz rəngdə qabıqlı gövdəyə malik koldur. Qarşı-qarşıya düzülmüş, yumurtaşəkilli, kənarı iri dişli yarpaqları vardır. Çiçəkləri ağdır, çətir formada yerləşir. Al qırmızı rəngli yumurtavari – girdə formada bir çəyirdəkli yeməli meyvələri var. Bitki may – iyun aylarında çiçəkləyir, meyvələri avqust – sentyabrda yetişir.
Başınağacı Azərbaycanda Böyük və Kiçik Qafaqzın meşəliklərində və Talışda – ovalıqdan başlayaraq orta dağ qurşağına kimi geniş yayılıb. Ona daha çox meşələrdə, çayların kənarında və kolluqlarda rast gəlinir. Bundan əlavə – bağlarda, parklarda bəzək bitkisi kimi də becərilir.
Başınağacının meyvələrindən daha çox istifadə edilir. Meyvələrini tamam yetişəndə toplayır, onlardan həm təzə-tər, həm də xüsusi quruducularda qurudub istifadə edirlər.
Meyvələrinin tərkibində çoxlu miqdarda şəkər – [32 %-ə qədər], aşı maddələri [3 %], ursol və xlorogen turşuları, üzvi turşular [3 – 4 %], C və K vitaminləri vardır.
Elmi təbabətdə başınağacının qabıqlarından sulu dəmləmə, bişirmə və duru ekstrakt formada preparatlar hazırlayıb, daxili qanaxmalarda, eləcə də uşaqlıq və mədə-bağırsaq qanaxmalarında qankəsici dərman kimi işlədilir.
Başınağacı (lat. Viburnum) – adokskimilər fəsiləsinə aid bitki cinsi.