dcsimg

Nəcib dəfnə ( Azerbaijani )

provided by wikipedia AZ

Nəcib dəfnə (lat. Laurus nobilis) — dəfnəkimilər fəsiləsindən subtropik ağac və ya kol növü.

Illustration Laurus nobilis0.jpg
Laurier sauce.JPG

Təbii yayılması:

Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir.

Botaniki təsviri:

Hündürlüyü 5-18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir. İkievli, tək-tək hallarda isə ikicinsli olur. Erkək çiçəklərində erkəkcikləri 8-dən 12-ə qədər, 2-3 dairə üzrə düzülmüşdür. Erkəkciklərin saplağı çılpaq, 8 xarici erkəkciyin hər biri 2 ədəd vəziyə malikdir. Dişi çiçəklərdə 4 ədəd erkəkcik rüşeym halında olub, iki çiçək yanlığının bölümləri ilə növbələşir. Yumurtalığı biryuvalıdır. Meyvəsi ellips və ya yumurtavari, qara rəngli və bir toxumlu çəyirdəkdir, sentyabr ayında yetişir. Qələm və kök pöhrələri ilə çoxaldılır.


Ekologiyası:

Dəfnə quraqlığadavamlı, işıqsevəndir, yarımkölgəli yerlərdə də bitir.

Azərbaycanda yayılması:

Abşeron, Lənkəran, Zaqatala, Gəncə, Şəmkir, Füzuli və b. Rayonlarda, parklarda təsadüf edilir.

İstifadəsi:

Yarpaqlarında 3,1% efir yağı, 13,8% pentoza şəkəri, 0,8-1,2% pektin və aşılayıcı maddələr vardır.

İstinadlar

http://dendrologiya.az/?page_id=112 Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

Məlumat mənbələri

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad

  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Nəcib dəfnə: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Nəcib dəfnə (lat. Laurus nobilis) — dəfnəkimilər fəsiləsindən subtropik ağac və ya kol növü.

Illustration Laurus nobilis0.jpg Laurier sauce.JPG
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ