dcsimg
Image of Amur Maple
Creatures » » Plants » » Dicotyledons » » Soapberry Family »

Amur Maple

Acer tataricum subsp. ginnala (Maxim.) Wesmael

Qinnal ağcaqayını ( Azerbaijani )

provided by wikipedia AZ

Qinnal ağcaqayını (lat. Acer ginnala)[1] - ağcaqayın cinsinə aid bitki növü.[2]

Təbii yayılması

Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir.

Botaniki təsviri

Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.

Ekologiyası

İşıqsеvən, sоyuğa və quraqlığa az davamlı, nəmişliyə çох tələbkar, duzlu tоrpaqlara dözümsüz ağacdır.

Azərbaycanda yayılması

Abşeronda park və bağlada mədəni şəraitdə rast gəlinir.

İstifadəsi

Tək və qrup əkinlərində istifadə olunur.

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Mənbə

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Qinnal ağcaqayını: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Qinnal ağcaqayını (lat. Acer ginnala) - ağcaqayın cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ