Nemacheilidae (lat.) — Şüaüzgəcli balıqlar sinfinə, Çəkimilər dəstəsinə daxil olan fəsilə.
Bədənləri uzunsovdur, yanlardan sıxılmış formadadır. Üzərləri ya pulcuqla örtülmüş ya da çılpaqdır. Başlarında və göz ətraflarındda tikanlar yoxdur. Ağzı aşağıya doğrudur. bəzi nöğvlərində piy üzgəsinə bənzər üzgəclər vardır.
Fəsiləyə ümumilikdə 47 cins və 682 növ daxildir[1]. Onlara Avrasiyada daha çox rastlanılır. Ən çox növləri isə Hindistan, Hind-Çin və Çində rastlanılır. Bir növ isə Afrikada, Efiopiyada Tana gölündə müşahidə edilir. İraqda, Hindistanda, Çində, Taylandda və Malayziyada bir neçə mağarada yaşayan növü vardır.
Nemacheilidae (lat.) — Şüaüzgəcli balıqlar sinfinə, Çəkimilər dəstəsinə daxil olan fəsilə.