dcsimg

Rhithropanopeus harrisii ( Azerbaijani )

provided by wikipedia AZ

Rhithropanopeus harrisii və ya Zyoydeze yengəci[2][3] — Şimali Amerika materikinin Atlantik okean sahilləsi boyunca Nyu-Brunsvikdən Verakruz sahillərinə qədər[2] yayılmışlar.

R. harrisii əsasən açıq dəniz sularında yaşayırlar. Bununla belə şirin sulu sahələrdə belə olara rastlamaq mümkündür. Bu yengəclərin maksimum uzunluğu 2-2.5 sm-dir. Zeytuni-yaşıl-qəhvəyi rəngə malikdir. Bəzən qara nöqtələr çanağının üzərini örtə bilir.

Texas və Florida estuarilərində geniş yayılsa da sonradan dünyanın bir çox ərazilərinə yayılmışdır[4] 1937-ci ildə San Fransisko körfəzimnə belə yayılmışlar[5].

R. harrisii Avropada ilk olaraq Hollandiyanın Zyoydeze körfəzində aşkar edilir. Sonradan isə onlar Danimarka, Belçika, Almaniya, Fransa, Polşa, Estoniya, Finlandiya, Rusiya, Portuqaliya, İspaniya, İtaliya, Rumıniya, Bolqarıstan, Qara dənizXəzər dənizi[2][6][7] sahillərində peyda olmuşdur.

Britaniya adalarında isə ilk dəfə Kardiff sahillərində görülmüşdür. Bu canlılar ərazidə 12 ‰ duzluğa malik sularda yaşayır.

Rhithropanopeus harrisi tridentata (Maitland, 1874)

Rhithropanopeus harrisi tridentata.jpg

Rhithropanopeus harrisii növünə daxil olan bir yarımnöv. Hollandiya yengəci olaraq da adlandırılır. Maksimal olaraq 2,5 sm uzunluğa malik olurlar[8]. Adətən erkəklər dişilərdən iri olur. Onların əsas fərqi qarın seqmentlərinin formasıdır: dişilərdə, geniş, yuvarlaq, erkəklərdə isə dar və əyri. Rəngləri qonur olsa da bəzən tam qara rəngdə belə ola bilir.

Əsas arealı Hollandiya və Almaniya sahilləri olsa da 1957-ci ildən Xəzər dənizində belə görülmüşdür. Xəzərə Volqa-Don kanalı ilə Azov dənizindən gəlməsi ehtimal edilir. Xəzər mühitinə asanlıqla adaptasiya olunmuş və geniş ərazidə yayılmışdır.

Təbiətdə yosun, kiçik qurdlar və hətta ölü orqanizmlərlə belə qidalanırlar. Bununla da sanitar rolunu oynayırlar.

Əsasən qumlu, qumlu-lilli sahələrdə yaşayırlıar. Qabıq dəyişmə zamanları müdafiyəsiz olduqlarından daha çox dalğalardan qorunan sakit suları üstün tuturlar. Yengəclərin qoyduğu kürülər temperaturdan asılı olaraq ən azı bir ay müddətində inkubasiya dövrü keçir. Bir aydan sonra isə uzunluğu 2-3 mm olana yengəclər müşahidə olunur. Bu canlıları akvarium şəraitində belə saxlamaq mümkündür.

İstinadlar

  1. P. K. L. Ng, D. Guinot & P. J. F. Davie (2008). "Systema Brachyurorum: Part I. An annotated checklist of extant Brachyuran crabs of the world" (PDF). Raffles Bulletin of Zoology. 17: 1–286.
  2. 2,0 2,1 2,2 C. Mettam & P. F. Clark. "Rhithropanopeus harrisii". Joint Nature Conservation Committee. İstifadə tarixi: December 10, 2009.
  3. "Introduced Crab Parasites Hijack Mud Crab Reproduction in Chesapeake Bay". Smithsonian Environmental Research Center. August 2015. İstifadə tarixi: 8 December 2017.
  4. Harriet Perry (April 24, 2006). "Rhithropanopeus harrisii (Gould, 1841)".
  5. Dominique G. Roche & Mark E. Torchin (2007). "Established population of the North American Harris mud crab, Rhithropanopeus harrisii (Gould 1841) (Crustacea: Brachyura: Xanthidae) in the Panama Canal" (PDF). Aquatic Invasions. 2 (3): 155–161. doi:10.3391/ai.2007.2.3.1.
  6. Joana Projecto-Garcia; Henrique Cabral; Christoph D. Schubart (2010). "High regional differentiation in a North American crab species throughout its native range and invaded European waters: a phylogeographic analysis". Biological Invasions. 12: 263–263. doi:10.1007/s10530-009-9447-y.
  7. Joanna Hegele-Drywa; Nicolas Thiercelin; Christoph D. Schubart; Monika Normant-Saremba (2015). "Genetic diversity of the non-native crab Rhithropanopeus harrisii (Brachyura: Panopeidae) in the Polish coastal waters− an example of patchy genetic diversity at a small geographic scale". Oceanological and Hydrobiological Studies. 44 (3): 305–315. doi:10.1015/ohs-2015-0029.
  8. Hollandiya yengəci (Rhithropanopeus harrisi tridentata (Maitland, 1874))
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Rhithropanopeus harrisii: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Rhithropanopeus harrisii və ya Zyoydeze yengəci — Şimali Amerika materikinin Atlantik okean sahilləsi boyunca Nyu-Brunsvikdən Verakruz sahillərinə qədər yayılmışlar.

R. harrisii əsasən açıq dəniz sularında yaşayırlar. Bununla belə şirin sulu sahələrdə belə olara rastlamaq mümkündür. Bu yengəclərin maksimum uzunluğu 2-2.5 sm-dir. Zeytuni-yaşıl-qəhvəyi rəngə malikdir. Bəzən qara nöqtələr çanağının üzərini örtə bilir.

Texas və Florida estuarilərində geniş yayılsa da sonradan dünyanın bir çox ərazilərinə yayılmışdır 1937-ci ildə San Fransisko körfəzimnə belə yayılmışlar.

R. harrisii Avropada ilk olaraq Hollandiyanın Zyoydeze körfəzində aşkar edilir. Sonradan isə onlar Danimarka, Belçika, Almaniya, Fransa, Polşa, Estoniya, Finlandiya, Rusiya, Portuqaliya, İspaniya, İtaliya, Rumıniya, Bolqarıstan, Qara dənizXəzər dənizi sahillərində peyda olmuşdur.

Britaniya adalarında isə ilk dəfə Kardiff sahillərində görülmüşdür. Bu canlılar ərazidə 12 ‰ duzluğa malik sularda yaşayır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ