dcsimg

Kiçik maygülü ( Azerbaijani )

provided by wikipedia AZ

Kiçik maygülü (lat. Podiceps ruficollis) — Maygülülər fəsiləsinə aid quş növü.

Xarakterik morfoloji əlamətləri

Cütləşmə dövründə bədəninin üstü qonur-qara, altı ağımtıl, boğazı, yanaqları və boynu şabalıdı rəngdə olur. Maygülülərin o biri növlərindən fərqli olaraq başında bəzək lələkləri olmur. Qışda bədəninin üstü ağımtıl qonur, altı isə ağ olur[1][2][3][4][5].

Statusu

Çoxsaylıdır.

Yayılması

Geniş yayılıb. Avropa, Asiya, AvstraliyaAfrikada yayılıb. Azərbaycanda Kür-Araz, LənkəranSamur-Dəvəçi ovalığında, Xəzər dənizinin sahil sularında və dağətəyi göllərdə yayılmışdır. Yaz köçü fevralın sonu, martın əvvəlində, payız köçü isə oktyabrda olur[1][2][3][4][5]..

Növdaxili müxtəliflik

Politipik növdür. Dünyada 9 yarımnövü vardır. Azərbaycan faunasına (T. Ruficollis capensis, Pal. 1884) daxildir. O biri yarımnövlərdən fərqli olaraq, birinci dərəcəli çalma lələkləri ağdır, ikinci dərəcəli çalma lələklərində isə ağ rəng yaxşı inkişaf etmişdir.

Yaşayış yeri və həyat tərzi

Qarğılı-qamışlı su hövzələri yaşayış yeridir. Qışda və miqrasiya vaxtı dənizin açıq sahil sularında da rast gəlinir. Azərbaycanda oturaq və qışlamaq üçün gələn populyasiyaları vardır. Tək, cüt və sürü halında yaşayır. Əsasən gecə fəal olur.

Yem xarakteri

Zoofaqdır. Yemini əsasən böcəklərbalıqlar təşkil edir. Əlavə yemi kimi suçiçəyisulələyi toxumlarından da istifadə edir.

Yırtıcıları

Bataqlıq belibağlısı və boz qarğa kiçik maygülünün yumurtalarınıbalalarını yeyir.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

Monoqamdır. Cütlərə ayrılıqdan sonra yuvalarını qarğı və qamışlıqlarda, yaxud onların əhatəsində olan açıq su sahəsində qurur. Adətən hər gün yumurta qoyur. Həm erkək, həm də dişi fərd kürtyatmada iştirak edir. Birinci, yaxud ikinci yumurtadan sonra kürt yatır. Kürtyatma müddəti 20-21 gündür. Cücələri 44-48 gündə pərvazlanır.

Növün fenologiyası

Azərbaycana qışlamağa oktyabr ayında kütləvi gəlir, fevralın sonu, martın əvvələrində isə köçüb gedir. Oturaq populyasiyaları martın ortalarında cüt-cüt ayrılır, apreldə yuva qurur və yumurtalayır. Aprelin axırı, mayda cücələri görünür, iyunda balaları pərvazlanır. İkinci dəfə nəsil verdikdə balaların pərvazlanması avqustda müşahidə olunur. Qış görkəminə girmək üçün yaşlı fərdlərdə lələkdəyişmə avqustdan başlayır, noyabr-dekabrda tam başa çatır. Reproduksiyadan əvvəlki lələkdəyişmə yanvardan aprelə kimi gedir. Avqustun əvvəlinə kimi embrion lələklər yuva lələkləri ilə əvəz olunur. Sentyabr-oktyabrda quşun bədəni birinci qış örtüyü ilə örtülür[1][2][3][4][5]..

Ontogenezi

Ömrü və cinsi yetişkənliyə çatma müddəti məlum deyil. Fərdi inkişafı rüşeym, bala, cavan (yuvinal)yetkin formalardan ibarətdir. İnkişaf tipinə görə maturonatla (ətcəbalalar) immaturonatlar (cücələr) arasında keçid təşkil edir.

Reproduktivliyi

Adətən ildə bir dəfə, bəzi illərdə isə 2-3 nəsil verir. Yuvaya 5-10 yumurta qoyur. Reproduktivliyin müddəti 69-79 gündür.

Xromosom göstəriciləri

Məlum deyil.

Sayı

Qış aylarında sayı növün arealının şimal hissəsindən (Rusiya ərazisi) gələn quşlar hesabına artır. Dənizin açıq sahil sularında, Abşeron göllərində az, Qızılağac Dövlət Təbiət Qoruğunda, Lənkəran, Samur-DəvəçiKür-Araz ovalığında çox olur. 1964–1968-ci illərdə Xəzərin Lənkəran sahillərində 1 km2 -də 42-55 quş sayılmışdır. Xəzər dənizinin Azərbaycan hissəsinin sahil zolağında sayı 2005 -ci ilin yanvarında 3539, iyulunda 9516 fərd olub. Əsas limit faktorları su-bataqlıq biotoplarının qurudulmasıdır[1][2][3][4][5]..

Sosiologiyası

Yuvaları tək-tək yerləşir. Nəsil verdikdən sonra sürü əmələ gətirir.

Biosenozda rolu

Hidrofil bitkilərə təsir edən biotik faktorlara daxildir. Hidrofil heyvanlardan və bitkilərdən yem kimi istifadə edir. Özü isə üçüncü səviyyəli konsumentlərin rasionuna daxildir. Beləliklə, sahil ekosistemlərində maddələrin bioloji dövriyyəsienerji çevrilməsində iştirak edir.

İnsan üçün əhəmiyyəti

Elmiestetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Qızılağac və Qarayazı Dövlət Təbiət Qoruqlarında, Şirvan, AbşeronAğgöl Milli Parklarında, Dövlət Təbiət yasaqlıqlarında qorunur. Ramsar, Bern, Bonn konvensiyalarınaAEWA sazişinə daxil edilmişdir. Populyar maarifçilik ədəbiyyatlarına daxil edilir. Əlavə qorunma tədbirlərinə ehtiyac yoxdur.

Növün qeydiyyat göstəriciləri

Elmi fondlarda kolleksiyası saxlanır, muzeylərdə müqəvvası, populyar əsərlərdə və plakatlarda rəngli şəkilləri nümayiş etdirilir.

İstinadlar

  1. 1,0 1,1 1,2 1,3 Babayev İ.R., Əskərov P.İ., Əhmədov F.T. Biomüxtəliflik: “Xəzərin Azərbaycan hissəsinin sudaüzən quşları”. B.: Nurlar, 2007. s. 33-36.
  2. 2,0 2,1 2,2 2,3 Vasiliyev V.İ. Podicipediformes-İyrəncəkimilər. Azərbaycan faunası. Quşlar, VI cild. B.: Elm, 1977. s. 70-71.
  3. 3,0 3,1 3,2 3,3 Mustafayev Q.T. Azərbaycanda ornitofaunanın taksonomik spektri. Bakı Universiteti nəşriyyatı, 2004.
  4. 4,0 4,1 4,2 4,3 Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu, B.: Elm, 2005, s. 8.
  5. 5,0 5,1 5,2 5,3 Курочкин Е.Н. Птицы СССР. Отряд Паганкообразные. М.: Наука, 1982. ст. 292-301.

Xarici keçidlər

Ədəbiyyat

  • Babayev İ.R., Əskərov P.İ., Əhmədov F.T. Biomüxtəliflik: “Xəzərin Azərbaycan hissəsinin sudaüzən quşları”. B.: Nurlar, 2007. s. 33-36.
  • Vasiliyev V.İ. Podicipediformes-İyrəncəkimilər. Azərbaycan faunası. Quşlar, VI cild. B.: Elm, 1977. s. 70-71.
  • Mustafayev Q.T. Azərbaycanda ornitofaunanın taksonomik spektri. Bakı Universiteti nəşriyyatı, 2004.
  • Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu, B.: Elm, 2005, s. 8
  • Курочкин Е.Н. Птицы СССР. Отряд Паганкообразные. М.: Наука, 1982. ст. 292-301.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Kiçik maygülü: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Kiçik maygülü (lat. Podiceps ruficollis) — Maygülülər fəsiləsinə aid quş növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ