dcsimg

Darevski gürzəsi ( Azerbaijani )

provided by wikipedia AZ

Darevski gürzəsi (lat. Vipera darevskii) — Gürzələr fəsiləsinə daxil olan ilan növü. Dişilər erkəklərdən iri olur. Dişilər 40 sm, erkəklər isə 25 sm olur. İlan öz adını İlya Sergeyeviç Darevskinin adında götürmüşdür. İlk dəfə Ermənistanda aşkarlanmışdır.

Xariçi görünüşü

Erkəklərin quyruğu 39-43 sm, dişilərdə isə 45-50 sm olur. Başı iri sonucu isə yumrudur. Gürzələrin rəngi sarı-boz və ya sarı-qəhvəyi olur. Bədənində ziqzaqvari zolaq keçir. Balalar növə xass rəngə malik olurlar.

Yayılması

Onlar Ermənistanın şimal-qərb hissəsində subalp və alp qurşağında yayımışlar. Hündürlüyü 2600–3000 m olan ərazilərdə rast gəlinir[1]. Bu yaxınlarda Türkiyəin şimal-şərqində Zəkəriyə kəndində bu ilanların nümayəndələri aşkarlanmış[2][3].[4][5]. Bundan əlavə Artvin ərazisində də aşkarlanmışdır.

Zəhərinin təsiri

Darevski gürzəsi zəhərli ilanlara daxildir. Onların zəhərləri insan və heyvanlar üçün təhlükəlidir. Zəhər daxili orqanlarda qanaxma yaradır və ölümə səbəb olur.

Qidalanması və qorunması

Darevski gürzəsi əsasən Qayalıq kərtənkələləri, gəmiricilər və çəyirtkələrlə qidalanırlar. Bu növ çox nadir hallarda gözə dəyir və sayları azalmaqdadır. Bu səbəndə Beyməlxalq Qırmızı Kitaba daxil edilmişdir.

İstinadlar

  1. Darevski gürzəsi — Vipera darevskii
  2. Geniez F., Tenynie A. 2005. Discovery of a population of the critically endangered Vipera darevskii Vedmederja, Orlov & Tuniyev, 1986 in Turkey, with new elements of the indentification (Reptilia, Squamata, Viperidae) // Herpetozoa. Vol. 18 No 3/4 p. 1-9.
  3. McDiarmid RW, Campbell JA, Touré T. 1999. Snake Species of the World: A Taxonomic and Geographic Reference, vol. 1. Herpetologists' League. 511 pp. ISBN 1-893777-00-6 (series). ISBN 1-893777-01-4 (volume).
  4. Avci A., Ilgaz C., Baran I., Yusuf Kumlutas Y., 2009. Contribution to the distibution and morphology of Pelias darevskii (Vedmederja, Orlov & Tuniyev, 1986) (Reptilia: Squamata: Viperidae) in Northern Anatolia // Russ. J. Herpetol. Vol. 16
  5. Mallow D, Ludwig D, Nilson G. 2003. True Vipers: Natural History and Toxinology of Old World Vipers. Krieger Publishing Company, Malabar, Florida. 359 pp. ISBN 0-89464-877-2.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Darevski gürzəsi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Darevski gürzəsi (lat. Vipera darevskii) — Gürzələr fəsiləsinə daxil olan ilan növü. Dişilər erkəklərdən iri olur. Dişilər 40 sm, erkəklər isə 25 sm olur. İlan öz adını İlya Sergeyeviç Darevskinin adında götürmüşdür. İlk dəfə Ermənistanda aşkarlanmışdır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ