dcsimg

Saksaul ( Azerbaijani )

provided by wikipedia AZ
 src=
Saksaul

Saksaul (lat. Haloxylon) — Qərənfilçiçəklilər sırasının Amarantkimilər fəsiləsinin (Chenopodioideae yarımfəsiləsi) daxildir. Səhra-meşə cəngəlliklərini - saksaul meşələrini əmələ gətirirlər. Bunların sahələri Qazaxıstanın cənubunda 15 mln.ha yaxın, Türkmənistanda 6 mln.ha və Özbəkistanda 0,6 mln.ha olur.

Bioloji təsviri

Kol və ya çox hündür olmayan ağaclar (1,2-1,5 m hündürlükdə)dixotomik budaqlanan və kövrək cavan zoğlar pöhrələrə malikdir. Yarpaqları qarşı-qarşıya düzülmüş xırda rəngsiz pulcuq və ya qalxanşəkilli (fotosintez yaşıl budaqlarda gedir). Çiçəkləri ikicinslidir, pulcuqlar arasında dörd-dörd yerləşir. Çiçəkyanlığı 5 pərdəşəkilli yarpaqcıqlardan ibarət olub, fındıqcameyvə üçün qanadcıq əmələ gətirir. Kök sistemi çox güclüdür, 10-11 metrə qədər dərinliyə gedir. Düzgün olmayan, möhkəm, bəzən isə kövrək olan gövdəyə malikdir. Gövdə qabığının rəngi ağ, qara və ya qəhvəyi olur.

Növləri

10-a qədər növü məlumdur. Bunlar hamısı Asiyanın səhra və yarımsəhralarında yayılıb. Qazaxıstan və Orta Asiyada 3 növü bitir:

  • Qara sakasul(H. aphyllum)
  • Ağ sakasaul(H. persicum)
  • Zaysan saksaulu (H. ammodendron)

Saksaul cinsinin digər 7 növü:

  • Haloxylon ammodendron (C.A.Mey.) Bunge ex Fenzl
  • Haloxylon griffithii (Moq.) Boiss.
  • Haloxylon negevensis (Iljin & Zohary) Boulos
  • Haloxylon persicum Bunge ex Boiss. & Buhse
  • Haloxylon salicornicum (Moq.) Bunge ex Boiss.
  • Haloxylon stocksii (Boiss.) Benth. & Hook.f.
  • Haloxylon tamariscifolium (L.) Pau

Daha geniş yayılmış növləri

Ağ saksaul - 1,5 - 2,5 m, bəzən isə 5 m-ə qədər hündürlükdə olan, qumluq səhralarda bitən kol bitkisidir. Yarpaqları çoxda böyük olmayan pulcuqşəkillidir. Yem kimi yaşıl gövdələri istifadə olunur. İllərdir dəvələrin ən yaxşı, bəzən isə yeganə qidasıdır. Dəvələr saksaul kolunu 3m-ə hündürlüyə qədər yeyə bilirlər və bir koldan 12 kq-a qədər yem kütləsi əldə edirlər. Qoyunlar isə yerə düşmüş quru yarpaq və budaqlarla qidalanırlar ( bir koldan 1 kq-a qeder yem).

Qara saksaul - daha hündür koldur, bəzən 7 metrə çatır, daha çox budaqlanan gövdəsi olur. Özünə məxsus saksaul meşələri əmələ gətirir. Toxumla çoxalır. Səhralarda bitir. Qara saksaulun budaqları ağ saksaula nisbətən dəvələr tərəfindən daha çox yeyilir, həmçinin də ehtiyat yemk kütləsidə daha çoxdur.

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Saksaul: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ
 src= Saksaul

Saksaul (lat. Haloxylon) — Qərənfilçiçəklilər sırasının Amarantkimilər fəsiləsinin (Chenopodioideae yarımfəsiləsi) daxildir. Səhra-meşə cəngəlliklərini - saksaul meşələrini əmələ gətirirlər. Bunların sahələri Qazaxıstanın cənubunda 15 mln.ha yaxın, Türkmənistanda 6 mln.ha və Özbəkistanda 0,6 mln.ha olur.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ