dcsimg

Cırtdan siçan ( Azerbaijani )

provided by wikipedia AZ

Cırtdan siçan (lat. Micromys minutus) - gəmiricilər dəstəsindən məməli heyvan növü.

 src=
Cırtdan siçan

Cırtdan siçan az öyrənilmişdir. Arealın kənarlarnda olan nadir növdür. Sayı barədə dəqiq məlumat yoxdur.


Qısa təsviri

Gəmiricilər arasında ən kiçiyidir. Bədəninin uzunluğu 5.5 - 7 sm, quyruğunun uzunluğu 6.5 sm-ə qədərdir, çəkisi 7 - 10qramdır. Quyruğu hərəkətlidir və tutucudur, onun vasitəsilə ot bitkilərinin nazik saplaqlarına sarınmaq qabiliyyətinə malikdir. Arxa pəncələri tutucudur. Rəngi birrəngli qonur və ya kürəndir. Qulaqları böyük deyil.[1]

Yayılması

Geniş yayılmış növdür. Arealı AvropaAsiyanın tropik olmayan hissəsini, Britaniyadan Yapon adalarına qədər olan adaları əhatə edir. Qərbdən Böyük Qafqaz massivi, Şərqdən Xəzərsahili boyunca ŞabranXaçmaz rayonlarının dolanaraq, Zaqafqaziya ərazisindən keçir. Azərbaycanın Şimal-Şərq hissəsində məskən salaraq, Respublikada Xəzər sahili boyunca, Şabrandan Xaçmaza qədər rast gəlmək olar.

Yaşayış yeri və həyat tərzi

Çöl və çöl-meşə zonalarında rast gəlmək olar. Onlar açıq yerlərdə bitkilərin hündür və sıx olan hissələrində, daha çox isə su mənbəyi yaxınlığında məskən salırlar. Yaşayış yerləri kimi becərilmiş torpaqlar- tarlalar, biçənəklər, bostanlar, sahələrarası və dincə qoyulmuş torpaqlar səciyyəvidir. Yay mövsümünün sonunda onlar kənd təsərrüfatı bitkilərinin yetişdirildiyi sahələrdə toplaşırlar. Yerüstü və ya kürəvi asılmış yuvalar qururlar. Dənli, paxlalı bitkilər, enliyarpaqlı ağac növlərinin toxumları və həşəratlarla qidalanırlar. Yay mövsümü ərzində 2 - 4 dəfə, hərəsində 5 - 8 bala verir. Təbii şəraitdə həyat davamiyyəti 1.5 - 2, qeyri-təbii şəraitdə isə 5 il olur. Dənli bitkilərin zərərvericisidir. Tulyaremiya, leptospiroz, yapon ensefaliti və digər təhlükə törədən xəstəliklərin təbii daşıyıcısıdır.

İstinadlar

Ədəbiyyat

  • Azərbaycan faunası.Məməlilər (Mammalia). Bakı: Elm, 1978, с.111. 2.
  • Громов И.М., Ербаева М.А. Млекопитающие фауны России и сопредельных территорий. Зайцеобразные и грызуны. Ред. А.А. Аристов, Г.И. Баранова. СПб: ЗИН РАН. 1995. c. 522.


Felis margarita.jpg Məməlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Cırtdan siçan: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Cırtdan siçan (lat. Micromys minutus) - gəmiricilər dəstəsindən məməli heyvan növü.

 src= Cırtdan siçan

Cırtdan siçan az öyrənilmişdir. Arealın kənarlarnda olan nadir növdür. Sayı barədə dəqiq məlumat yoxdur.


license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ