Göyümtül yukka (lat. Yucca glauca) — quşqonmazkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.
Şimali Amerikanın şərq rayonlarında yayılmışdır.
Bitki gövdəsizdir. Yarpaqların uzunluğu 70 sm-dək, göyümtül-yaşıl, ağ haşiyəli və kənarlarında seyrək, nazik buruq saplıdır. Çiçək süpürgəsi ensiz, az budaqlıdır. Çiçəkləri yaşılımtıl-ağ və ya sarımtıl rəngli, uzunluğu 7 sm-dək, sallaq, müxtəlif formalı, çox vaxt zəngvaridir. Çiçək saplağının uzunluğu 300 sm-dir. Toxum və kök pöhrələri ilə çoxaldılır.
Günəşli, isti yerlərdə bitir. Yaxşı drenajlı torpaqlarda və yamaclarda əkilir.
Mərdəkan dendrarisində 1998-ci ildə introduksiya edilmişdir. Azərbaycanda bir çox rayonlarda yaşıllaşdırmada rast gəlinir.
Park və bağlarda tək əkinlərdə müxtəlif kompozisiyaların qurulmasında, alpinarilərdə qrup əkinlərində istifadə olunur.
Göyümtül yukka (lat. Yucca glauca) — quşqonmazkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.