dcsimg

Çovdar (bitki) ( Azerbaijani )

provided by wikipedia AZ

Çovdar (lat. Secale) - qırtıckimilər fəsiləsinə aid bitki cinsidir. Çovdarın vətəni Qafqazın, Kiçik və Orta Asiyanın dağətəyi rayonlarıdır. Çovdar payızlıq buğda və arpanın əkinlərində bitən alaq otları növündən yaranıb. Çovdar bizim eradan əvvəl 1–2 minillikdə Dnepr, Dnestr, Oka çaylarının hövzələrində, İsveçrənin, Macarıstanın, Danimarkanın ərazilərində becərilirdi. Çovdarın əkin sahələri barədə məlumata ilk dəfə XI – XII əsrlərin əlyazmalarında rast gəlmək mümkündür. O bir sıra Avropa ölkəölərində geniş yayılmışdır.

İstifadəsi

Çovdar unundan çörək bişirilir. O, buğdanın məhdudiyyətli istehsalı olan rayonlarda əsas çörək bitkisidir. Çovdar çörəyi spesifik dadı və qoxusu ilə seçilir. Xüsusilə də o ələnmiş undan daha yaxşı alınır. Dad və həzm edilmə keyfiyyətlərinə görə yalnız buğda çörəyindən geridə qalır. Fiziki iş zamanı çovdar çörəyinin həzm edilməsi daha sürətlənir. Çovdar çorəyi tərkibinə və xüsusiyyətlərinə görə buğdadan istehsal edilən məmulatları tamamlayır. Çovdarın dəni həmçininqarışıq yem, spirt və nişasta-patoka sənayesində istefadə edilir

Xüsusiyyətləri

Çovdar payızlıq bitkidir. O buğda ilə müqayisədə becərilmə şəraitinə daha az tələbkardır və buğdanın bitmədiyi bölgələrdə də becərilə bilər. Zülalın orta miqdarı (10 faiz) buğdadan azdır və dəyişmə həddi daha kiçikdir. Bununla yanaşı, dənli bitkilər üçün əvəzedilməz amin turşurarı (lizin və treonin) çovdar ununda buğda unu ilə müqayisədə 1,5 dəfə artıqdır. Zülallı maddələrin suda həll olunması keyfiyyətləri yüksəkdir (təxminən 30 faiz). Adi testaparılma şəraitində çovdarın zülalının tərkibində olan xəmirə yapışqanlıq xassəsi verən zülali maddə əmələ gətirmir. Buğda ununda çörəyin keyfiyyəti üçün müəyyənedici rolu zülali-proteinaz kompleks oynayırsa, çovdar ununda amilolitik fermentlərin fəallığı, əsasən də α-amilazlarilə səciyyələnən karbohidrat-amilaz kompleksi əhəmiyyət kəsb edir.

Növləri

Mənbə

Convallaria-oliv-r2.jpg Birləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Çovdar (bitki): Brief Summary ( Azerbaijani )