dcsimg
Imagem de Manis crassicaudata É. Geoffroy Saint-Hilaire 1803
Life » » Reino Animal » » Vertebrados » » Synapsida » » Cynodontia » Mamíferos » » Manidae »

Manis crassicaudata É. Geoffroy Saint-Hilaire 1803

Hindistan kərtənkələsi ( Azerbaijano )

fornecido por wikipedia AZ

Hindistan kərtənkələsi[1] (lat. Manis crassicaudata) — Pholidotalar dəstəsinə aid növ. Asiya ərazisində yayılmış dörd növdən biri.

Xarici görünüş

Hindistan kərtənkələsinin uzunluğu 45 - 75 sm, quyruğu 33 - 45 sm arasında dəyişir. Ürkəklər bir qayda olaraq dişilərdən iri olur. Başı elə də böyük olur. Bədəni nazık və uzundur. Bədəni boyunca 12-18 cərgə sərt pulcuqlar keçir. Quyruğunda isə 14-16 cərgədir. Pulcuqlar sarı-qəhvəyi və ya sarı-boz rəngdə olur. Bu pulcuqlar canlını yırtıcılarda. Qarazitlərdən, aoyuqdan və yuva qazarkən iti daşlardan qoruyur. Pulcuqlar bədən çəkisinin 1/4 - 1/3 hissəsini təşkil edir. Onların dişləri yoxdur. Bununla belə onlarda 23—25,5 sm olan dilləri vardır. Dil şikarı tutmağa xidmət edir.

Xüsusiyyətləri

Yayılma yerləri və həyat tərzləri

Onların yayılma əraziləri müxtəlif olur. Belə onlara tropik meşələr, subtropik meşələr, düzənliklərdə və dağların aşağı ətəklərində rast gəlinir. Onlar gecə həyat tərzi keçirirlər. Günün böyük qismini öz yuvalarında və iri daşların altında keçirirlər. Bu ancaq çütləşmə dövrü dəyişir. Onların qazdığı yuvaların genişliyi və uzunluğu suxurdan asılı olur. Yumşaq suxurlu ərazilərdə yuvaların uzunluğu 6 metrə çata bilir. Adətən onlar öz yuvalarının ağzını yumşaq qumla örtürlər. Səbəb isə yırtıcılardan qorunmaq olur. Qorunmaq məqsədi ilə onlar yumrulanırlar. Onlar bircə Şri-Lankanın tropik meşələrində ağac üzərində olan qarışqaları yerirlər. Elə məhz burada onlar qyruqlarının imkanlarından istifadə edərək ağaclarda dırnaqları ilə oyuq qazırlar. Ancaq Hindistanda onlar yuvanı ancaq yerdə qurduğundan yeraltı canlı sayılır.

Qidalanma

Onlar əsasəb termitlər, qarışqalar və onların yumurtaları ilə qidalanırlar. Ancaq onların mədəsindən böcəq qanadları, tarakan və qurd aşkarlanmışdır.

Hindistan kərtənkələlərində eşitmə və görmə yaxmşı inkişaf etmişdir. Dilləri isə həşəratların yuvasına asanlıqla daxil olun onları oradan çıxartmağa xidmət edir. Onların dişi olmadığında büyün yük iki kameralı mədəyə düşür. Bir kamera qidanın saxlanmasını, ikinci isə həzmə xidmət edir.

Çoxalması

Hindistan kərtənkələlərinin çoxalması haqqında məlumat olduqca azdır. Balavermə yanvar, mart, iyul və niyabrda qeydə alınmışdır. Boğazlıq dövrü 65—70 gün davam edir. Ancaq bir bala verir. İki bala nadir hallarda müşahidə edilir. Balalar 200-500 kq olur. Orta ömür müddəti 13 il təşkil edir. Vəhşi təbiətdə ömür müddəti bilinmir.

Yayılması

Hindistan kərtənlələsi Hindistan, Nepal, Şri-LankaPakistanda yayılmışdır.

Qorunması

Sayları

Sayları haqqında dəqiq məlumat yoxdur. Bu onların gizli həyat sürməsi ilə əlaqədardır. Hindustan və Banqladeşdə sayları azalmışdır. Növün vəziyyəti məlum deyildir.

Təhlükə

Hindistan kərtənkələsi təhlükəyə yaxın npv kimi qeydə alınmışdır (ing. NT, Near Threatened)[2]. Pakistanda onun ətindən dərman hazırlanır. Dərisindən uzunboğa çəkmələr düzəldilir.

Bu canlılar Pakistan, Hindistan, Banqladeş və Şri-Lankada qorunur. Onların ovlanması Nepal və Şri-Lankada qadağan edilmişdir.

Məmbə

İstinadlar

  1. Соколов В. Е. Пятиязычный словарь названий животных. Млекопитающие. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1984. — С. 136. — 10 000 экз.
  2. Hindistan kərtənkələsi
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Hindistan kərtənkələsi: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Hindistan kərtənkələsi (lat. Manis crassicaudata) — Pholidotalar dəstəsinə aid növ. Asiya ərazisində yayılmış dörd növdən biri.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ