dcsimg

Ageniaspis fuscicollis ( Azerbaijani )

provided by wikipedia AZ

Ageniaspis fuscicollis (lat. Ageniaspis fuscicollis) - Buğumayaqlılar tipinin Zarqanadlılar dəstəsinin Xalsidlər fəsiləsinə aid olan növ.

Həyat tərzi

Şəki-Zaqatala ərazisinin meşə sahələri və meyvə bağlarında aparılan müşahidələrə və entomoloji torba ilə nektarlı bitkilər üzərindən yığılan materiallara əsasən, Ageniaspis fuscicollis təbiətdə iyun ayının əvvəllərindən iyul ayının əvvəllərinədək görünməyə başlayır. Parazitlərin kütləvi uçuşu alma və meyvə güvələrinin yumurta qoyma vaxtına təsadüf edir. Uçuşun 2-3-cü günü cütləşirlər. Cütləşdikdən iki gün sonra yumurta qoymağa başlayırlar. Parazit yumurtasını zərərvericinin qalxancıq altında olan yumurtalarının daxilinə qoyur. İyul ayının axırı avqust ayının əvvəllərində güvə yumurtalarından tırtıllar çıxmağa başlayır. Avqust ayının ortalarından sentyabr ayının ortalarınadək parazitlə yoluxmuş kiçik yaşlı tırtıllar qışlamağa gedirlər. Qışlama müddətində parazitin yumurtası da tırtılın bədən daxilində qışlayır. Yazda tırtıllar (tək-tək) qışlama yerlərindən çıxıb almaərik yarpaqları ilə qidalanırlar. Qidalanan tırtılların bədən daxilində olan parazit yumurtası bölünmə yolu ilə çoxalaraq 60-80 rüşeyim əmələ gətirir və bu rüşeyimlər tədricən inkişaf edib sürfələrə çevrilirlər. Sürfələr 3 yaş dövrü keçirirlər. May ayının birinci yarısında havanın orta temperaturu 20-22oC olduqda tırtıl bədəninin daxilində olan parazit sürfələri (tırtıl mikroskop altında uzununa kəsildikdə görünür) bir-biri ilə zəncirvari şəkildə birləşərək inkişaf edirlər. Sürfələr 3-cü yaşa qədər tırtıl bədənində inkişaf edərək, ayrı-ayrılıqda puplaşmağa başlayırlar. Güvə tırtılları başdan axıra kimi parazit pupları ilə örtülmüş olur. Müşahidələrə əsasən parazitin postembrional inkişafı 265 gün, o cümlədən, sürfə mərhələsi 18-20 gün, pup mərhələsi 16-19 gün çəkir. Pup mərhələsi qurtardıqdan sonra parazitlər təbiətə uçmağa başlayrlar. Onlar nektarlı bitkilərdən şüyüd, yonca və s. bitkilərlə qidalanırlar. İldə bir nəsil verir. Şərqi-Cənubi Qafqazda müvəffəqiyyətlə introduksiya edilmiş parazit təbii şəraitə uyğunlaşmış və kütləvi yayılmışdır. Qornostay güvələrin sayının fəal tənzimləyicisidir. Azərbaycanda alma güvəsinə qarşı bioloji mübarizə arealdaxili köçürmə üsulundan istifadə edilmişdir və sahibin sayının 60-65% aşağı düşməsinə nail olunmuşdur.[1]

Təsərrüfat əhəmiyyəti

Şəki-Zaqatala bölgəsində meyvə bağlarında çəyirdəkli meyvə bitkilərinə ciddi zərərverən qornostay güvələrinin (Yponomeuta padellus L., Y. malinellus Z.) entomofaqları içərisində ageniaspis paraziti yüksək dərəcədə təsərrüfat əhəmiyyətinə malikdir. Beləki, alma, ərikalça yarpaqları üzərindən götürülmüş hər 100 tırtıldan 25-35-i ageniaspis paraziti ilə yoluxmuş olur. Bəzən bu rəqəm 40-50 ədədə çatır. Əsasən ageniaspis paraziti kəpənəklər (Lepidoptera) dəstəsinin qornostay güvələr (Yponomeutidae) fəsiləsindən olan növlərin məxsusi parazitidir.[2]

Yayılması

Azərbaycanın Şəki-Zaqatala bölgəsində geniş yayılmışdır. [3]

Ədəbiyyat

  • E.M.Muradova. Şəki-Zaqatala bölgəsində çəyirdəkli meyvə ağaclarının başlıca zərərvericiləri, onlarin parazit və yırtıcıları. Bakı, 2015
  • З.М.Мамедов. Паразиты и хищники основных вредителей косточковых плодовых культур в Шеки-Закатальской зоне Азербайджана. / Э.М. Мурадова // Журнал «Юг Росии», № 4, 2012, Махачкала, стр. 39-42.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. E.M.Muradova. Şəki-Zaqatala bölgəsində çəyirdəkli meyvə ağaclarının başlıca zərərvericiləri, onlarin parazit və yırtıcıları. Bakı, 2015
  2. E.M.Muradova. Şəki-Zaqatala bölgəsində çəyirdəkli meyvə ağaclarının başlıca zərərvericiləri, onlarin parazit və yırtıcıları. Bakı, 2015
  3. З.М.Мамедов. Паразиты и хищники основных вредителей косточковых плодовых культур в Шеки-Закатальской зоне Азербайджана. / Э.М. Мурадова // Журнал «Юг Росии», № 4, 2012, Махачкала, стр. 39-42.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ageniaspis fuscicollis: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Ageniaspis fuscicollis (lat. Ageniaspis fuscicollis) - Buğumayaqlılar tipinin Zarqanadlılar dəstəsinin Xalsidlər fəsiləsinə aid olan növ.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ageniaspis fuscicollis ( Dutch; Flemish )

provided by wikipedia NL

Insecten

Ageniaspis fuscicollis is een vliesvleugelig insect uit de familie Encyrtidae. De wetenschappelijke naam is voor het eerst geldig gepubliceerd in 1820 door Dalman.

Bronnen, noten en/of referenties
Geplaatst op:
12-04-2013
Dit artikel is een beginnetje over biologie. U wordt uitgenodigd om op bewerken te klikken om uw kennis aan dit artikel toe te voegen. Beginnetje
license
cc-by-sa-3.0
copyright
Wikipedia-auteurs en -editors
original
visit source
partner site
wikipedia NL

Ageniaspis fuscicollis ( Portuguese )

provided by wikipedia PT

Ageniaspis fuscicollis é uma espécie de insetos himenópteros, mais especificamente de vespas parasíticas pertencente à família Encyrtidae.

A autoridade científica da espécie é Dalman, tendo sido descrita no ano de 1820.

Trata-se de uma espécie presente no território português.

Referências

 title=
license
cc-by-sa-3.0
copyright
Autores e editores de Wikipedia
original
visit source
partner site
wikipedia PT

Ageniaspis fuscicollis: Brief Summary ( Portuguese )

provided by wikipedia PT

Ageniaspis fuscicollis é uma espécie de insetos himenópteros, mais especificamente de vespas parasíticas pertencente à família Encyrtidae.

A autoridade científica da espécie é Dalman, tendo sido descrita no ano de 1820.

Trata-se de uma espécie presente no território português.

license
cc-by-sa-3.0
copyright
Autores e editores de Wikipedia
original
visit source
partner site
wikipedia PT