dcsimg

Acar kərtənkələsi ( Azerbaijani )

provided by wikipedia AZ

Acar kərtənkələsi (lat. Lacerta mixta) — Qayalıq kərtənkələləri cinsinə aid kərtənkələ növü.

Təsviri

Orta ölçülü, uzunluğu 63 mm olan kərtənkələdir. Başı sıxılmış formaya malik olur. Boğaz nahiyəsində 20-28 pulcuq vardır. Bədəninin orta hissələrində 40-55 pulcuq olur. Mirvari-yaşıl və yaşılın müxtəlif çalarlarında olurlar. Bədəninin aşağı nahiyəsi boğazın aşağı hissəsinə qədər yaşıl-sarı olur. Başında xırda tünd nöqtələr vardır.

Yayılması

Mesxeti silsiləsi, Acarıstan, Gürcüstanın cənub hissəsi Borjomi dərəsi, Kürün yatağı kənarları boyunca, Meqreli öndağlığı boyunca yayılmışdır. Hazırda isə areal kiçik hissələrə bölünmüşdür.

Əsasən öndağlıq ərazilərdə meşəönü, çay kənarı və dağ çöllərində yayılırlar. 800-2000 m yüksəkliklərdə yayılırlar. 1 km maşrut üzrə 40-50 baş kərtənkələyə rast gəlinir. Bəzi hallarda ağac üzərində belə görünürlər.

Xüsusiyyətləri

Müxtəlif həşaratlar və ya kiçik onurğasızlarla qidalanırlar. İyun ayında 2-5 olmaqla yumurta qoyurlar. Balalar isə avqust ayında yumurtadan çıxırlar.

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Acar kərtənkələsi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Acar kərtənkələsi (lat. Lacerta mixta) — Qayalıq kərtənkələləri cinsinə aid kərtənkələ növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ