dcsimg

Buldoqkimilər ( Azerbaijani )

provided by wikipedia AZ


Buldoqkimilər (lat. Molossidae), Yarasalar dəstəsindən olan fəsilədir.

Ümumi təsviri

Fəsilənin nümayəndələri əsasən kiçik, nadir hallarda isə iri yarasalardır. Başı enli və yastıdır. Üst dodağı sallaq ətli büküşün içərisinə yığılmış, üzəri sərt qıllarla örtülmüşdür. Qulaqları önə uzanmış və başın üst səthi səviyyəsində yerləşmişdir. Qulaqları enli və qalındır. Çox vaxt iç kənarları ilə başın üzərində bitişir. Qanadları ensiz və itidir. Yoğun əzələli quyruğu, az qala yarıya qədər omaarası pərdədən kənara çıxır. Traqusu qısa və enlidir. Boynunun ətrafında iri dəri qırışlar vardır.

Yayılması

Yer kürəsinin tropik və subtropik vilayətlərində yayılmışdır. Şərq yarımkürəsində Aralıqdənizi ölkələrində, Asiya, AfrikaAvstraliyanın tropiksubtropik qurşaqlarında rast gəlinir. Qərb yarımkürəsində cənubi Argentina, Çilidən ABŞ mərkəzi ştatlarına və Qəraib dənizi hövzəsinin adalarına qədər yayılıb. Fəsilənin 85 – yə yaxın müxtəlif nümayəndələri 12 cinsdə birləşir. Qafqazda bir cins və bir növlə təmsil olunmuşdur. Hər yerdə arealın hüdudlarında nadirdir.

Cinsləri

Mənbə

  • Azərbaycanın heyvanlar aləmi. III hissə, Onurğalılar, Bakı, Elm nəşriyyatı, 2004
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Buldoqkimilər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ


Buldoqkimilər (lat. Molossidae), Yarasalar dəstəsindən olan fəsilədir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ