dcsimg

Çəmən güllücəsi ( Azerbaijani )

provided by wikipedia AZ

Çəmən güllücəsi (lat. Lathyrus pratensis)[1]paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.[2]

Hündürlüyü (40) 55-100 sm, gövdəsi düz, uzanan və ya ilişən, sivri dördtinli və budaqlanan çoxillik ot bitkisidir. Kökümsovu nazik, şaxəli və zoğ əmələgətirəndir. Yalançı zoğları iri olub, yarpaqcığı xatırladır, uzunsov və ya yumurtaşəkilli-neştərvaridir, oxşəkilli əsası vardır, sivriləşmiş, qısa və ya bəzən saplaqla eynidir. Saplaq qanadsız, üst tərəfdən novşəkilli, sadə və ya şaxələnən bığcığı, nadir halda ucu vardır.

Yarpaq

Yarpaqlar bir cütdür; yarpaqcıqları neştərvari və ya uzunsov-neştərvaridir, sivri və ya qısa sivriləşmişdir, qısa sivri ucu vardır, 3-5 ədəd çox güclü damara malikdir, nadir halda ensiz neştərvaridir, uzunluğu (1) 2-4 (5) sm, eni 2,5-8 (10) mm-dir.

Çiçək

Salxımları 5-13 ədəd çiçəkdən ibarətdir. Çiçək saplağı tüklüdür. Tac parlaq və ya açıq-sarı rəngdədir, uzunluğu 12-17 mm-dir.

Meyvə

Paxlası qısa xətli-neştərvaridir, uzunluğu 2-3 sm, eni 4-6 mm-dir, qaramtıl, çılpaq, uzununa çəpinə damar şəbəkəsindən ibarətdir, 6-10 toxumludur. Toxumları qeyri-bərabər dəyirmi, çılpaq, bir qədər parlaq, qırmızımtıl-qonur rənglidir, tünd ləkələri vardır.

Çiçəkləməsi

(May) İyun-İyul (Avqust)

Meyvə verməsi

Avqust

Azərbaycanda yayılması

Azərbaycanın bütün rayonlarında. Bütün meşəli rayonlarda və dağ çəmənlərində (2000-2500 m-ə qədər d.s.y.)

Yaşayış mühiti

Meşələrdə, kolluqlarda, meşə kənarında, bağlarda, dağ çəmənlərində, əkin və zəmilərdə rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

Balverən bitkidir, dərman əhəmiyyəti vardır, toxumları quşlar tərəfindən yeyilir. Bitkidə tərkibi məlum olmayan acı maddə vardır, heyvanlar tərəfindən yaxşı yeyilmir. [3]

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016


Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Çəmən güllücəsi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Çəmən güllücəsi (lat. Lathyrus pratensis) — paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.

Hündürlüyü (40) 55-100 sm, gövdəsi düz, uzanan və ya ilişən, sivri dördtinli və budaqlanan çoxillik ot bitkisidir. Kökümsovu nazik, şaxəli və zoğ əmələgətirəndir. Yalançı zoğları iri olub, yarpaqcığı xatırladır, uzunsov və ya yumurtaşəkilli-neştərvaridir, oxşəkilli əsası vardır, sivriləşmiş, qısa və ya bəzən saplaqla eynidir. Saplaq qanadsız, üst tərəfdən novşəkilli, sadə və ya şaxələnən bığcığı, nadir halda ucu vardır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ