dcsimg
Image of Leopold's rush
Creatures » » Plants » » Dicotyledons » » Rushes »

Spiny Rush

Juncus acutus L.

İti cığ ( Azerbaijani )

provided by wikipedia AZ

İti cıq — Şimal yarımkürəsində tundradan tropiklərədək nəmişli yerlərdə rast gəlinir.

Botaniki təsviri

Hündürlüyü 30-100 sm və daha çox olan bozumtulyaşıl rəngli, sıx çimli bitkidir. Çoxsaylı gövdələri yumru, özəklidir. Uzunluğu təxminən gövdəsinə bərabər olan silindrik formalı nazik yarpaqları, bərk, ucları isə iti tikanlıdır. Yanlardan çıxan qonur-mixəyi və ya mixəyi rəngli çiçəkqrupu sıxılmış oval şəkilli süpürgəvaridir. Budaqcıqların ucunda 2-5 çiçək yerləşir Çiçəkyanı yarpağın ucu tikanlı,çiçəkqrupundan hündürdür. May-sentyabr aylarında çiçəkləyir və meyvə verir.

Mənşəyi və yayılması

İti cıq kserofil coğrafi tipinin Aralıq dənizi sinfinə və qrupuna aiddir. Atlantik Avropa və Aralıq dənizi ölkələrində, Şimali İran və Qafqazda yayılmışdır. Azərbaycanda iti cıq Abşeron, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqlarında aranda bitir.

Ekoloji qrup və bitdiyi yerlər

Halomezofitdir, psammofit-litoral bitkilik tipində rast gəlir. Əsasən dəniz kənarı zolaqlarda, nəmli, şoran, qumsal yerlərdə çox vaxt edifikator rolunu oynayır. Xəzərin sahillərində cəngəllik əmələ gətirir.

Kimyəvi tərkibi

Flavonoidlərlə zəngindir.

Təsiri və tətbiqi

Xalq təbabətində tətbiq edilir. Diuretik təsirə malikdir, sidik kisəsi və qadın xəstəliklərində, eləcə də ishal zamanı istifadə olunur.

İstifadə olunan hissələri

Müalıcə məqsədi ilə bitkinin çiçəkləri və meyvələri istifadə edilir.

İstifadə formaları

Dəmləmələr.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

Alçaq çəpərlərin qurulması üçün istifadə olunur. Gövdələrindən həsir toxunur.

Mənbə

  1. Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi». Bakı, 2011
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

İti cığ: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

İti cıq — Şimal yarımkürəsində tundradan tropiklərədək nəmişli yerlərdə rast gəlinir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ