dcsimg

Cirə ( Azerbaijani )

provided by wikipedia AZ

Cirə (lat. Cuminum) — çətirkimilər fəsiləsinə aid bitki cinsi. Cirə tərkibində 2,5 – 4,0 % efir yağı və 16-22 % piyli yağ olan toxumlarına görə becərilir. Bu yağın 80 %-ni onun ən qiymətli tərkib hissəsi olan anetol təşkil edir. Cirə yağı və onun komponentləri ətriyyat, qida və əczaçılıq sənayesində, meyvələri tibbidə və qida sənayesində, heyvanların və quşların yemləndirilməsi üçün jmıx alınmasında istifadə edilir.

Cirə ilk vaxtlar yavaş böyüyür. Vegetasiya müddəti 120-150 gün çəkir. Cirə toxum torpaqda 4-5 °C temperatur olduqda inkişafa başlayır. Cücərtiləri – 7 °C temperatura dözür. Toxumun cücərməsi üçün və vegetasiya ərzində optimal temperatur 20-25 °C hesab olunur. Cirə iyun-iyul aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir.[1]

Növləri

Əhəmiyyəti

Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələrini yetişənə az qalmış toplayırlar. Cirədən təbabətdə bəlğəmgətirici, köpyatırıcı və iştah artırıcı dərman kimi bir sıra preparatlar şəklində geniş istifadə olunur. Xalq təbabətində cirə meyvəsindən çay kimi dəmləyib soyuqdəymədə yumşaldıcı, bəlğəmgətirici, astmanın qarşısını alan və eləcə də xroniki mədə-bağırsaq xəstəliyinin müalicəsində faydalı bir dərman kimi işlədirlər.[1] Həmçinin həzm traktının motor və sekretor fəaliyyətini stimulyasiya edir. Zəif dezinfeksiyaedici təsirə malikdir.[2]

Cirənin qurudulmuş meyvəsindən 15-20 q bir litr su tutan qabda çay kimi dəmləyib gündə iki dəfə, yarım stəkan qəbul edirlər.[1]

İstinadlar

Həmçinin bax

Bu şablona bax Ədviyyat və qətranlarƏsas ədviyyatlar VanilinMixəkDarçınQuru nanəİstiotZəfəranSumaqSarıkökZəncəfilCirəRazyanaHilDriedcloves.JPGƏtirli otlar ŞüyüdReyhanTərxunNanəCəfəriKeşnişKəvərTurşəngKərəvizKəklikotuDəfnə yarpağıZirəZoğlar və qabıqlar •Qətranlar NarşərabDoşabBəkməz
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Cirə: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Cirə (lat. Cuminum) — çətirkimilər fəsiləsinə aid bitki cinsi. Cirə tərkibində 2,5 – 4,0 % efir yağı və 16-22 % piyli yağ olan toxumlarına görə becərilir. Bu yağın 80 %-ni onun ən qiymətli tərkib hissəsi olan anetol təşkil edir. Cirə yağı və onun komponentləri ətriyyat, qida və əczaçılıq sənayesində, meyvələri tibbidə və qida sənayesində, heyvanların və quşların yemləndirilməsi üçün jmıx alınmasında istifadə edilir.

Cirə ilk vaxtlar yavaş böyüyür. Vegetasiya müddəti 120-150 gün çəkir. Cirə toxum torpaqda 4-5 °C temperatur olduqda inkişafa başlayır. Cücərtiləri – 7 °C temperatura dözür. Toxumun cücərməsi üçün və vegetasiya ərzində optimal temperatur 20-25 °C hesab olunur. Cirə iyun-iyul aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ