dcsimg
Image of Paleleaf barberry
Creatures » » Plants » » Dicotyledons » » Barberry Family »

Paleleaf Barberry

Berberis candidula C. K. Schneid.

Göyümtül zirinc ( Azerbaijani )

provided by wikipedia AZ

Göyümtül zirinc (lat. Berberis candidula) — zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Təbii yayılması

Qərbi Çində yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 0,8-1,2 m-dir, çətri yarımyumrudur, eni 2 dəfə çoxdur, tez böyüyən, həmişəyaşıl koldur. Çoxsaylı zoğları vardır. Qabığı sarı-ağ, biraz yarıqlıdır, iynələrinin uzunluğu 2 sm-ə qədərdir. Yarpaqları növbəli,ellipsvaridir, uzunluğu 2-3 sm-dir, kənarları burulmuş, tərs-yumurtavarı, xırda dişlidir, üstdən parlaq tünd-yaşıl, alt tərəfdən ağ rənglidir. Zəngvari çiçəkləri çoxsaylı, xoş qoxulu,salxımvarı çiçək qruplarına yığılmışdır. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı, sarı rəngli çiçəkləri olur. Qırmızı, parlaq, uzunsov meyvələri, payızın əvvəlində yetişir, uzun müddət tökülmür.

Ekologiyası

Parlaq yaz günəşinə görə yarımkölgəyə üstünlük verir. Torpaqların bütün tiplərinə dözür, quru və nəmişli, zəif turş və qələvi torpaqlarda yaxşı inkişaf edir. Soyuğa, quraqlıq dövrlərə, şəhər şəraitinə, küləyə davamlıdır.

Azərbaycanda yayılması

Son dövrlərdə Bakı şəhərində yaşıllıqlarda rast gəlinir.

İstifadəsi

Yavaş boy artımına və dekorativ görünüşünə görə bu növ alpinarilərdə, bağlarda istifadə edilə bilər. Alçaq canlı çəpərlər üçün yararlıdır, yeməlidir.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Göyümtül zirinc: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Göyümtül zirinc (lat. Berberis candidula) — zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ