dcsimg

Şoviç çoğanı ( Azerbaijani )

provided by wikipedia AZ

Şoviç çoğanı (lat. Gypsophila szovitsii) — qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1 ab(i, ii, iii). Regional IUCN Statusu: VU B2ab (ii, iii, iv). [1][2][3]

Təbii yayılması

Qafqaz endemikidir. Kür düzənliyi və Kiçik Qafqazın mərkəzi hissəsində yayılmışdır. [1][2][4] Antropogen təsir nəticəsində yayılma ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur. [1][2]

Botaniki təsviri

Çoxillik ot bitkisidir, hündürlüyü 25 (30)-50 (60) sm-dir. Yarpaqları xətvari, uzunluğu 2-3 (40) sm-ə çatır, eni 0,5-2 (4) mm, itidir, uc hissəsi iynə şəkillidir. Süpürgəsi budaqlı, bit neçə dəfə haçalanmış, uc hissəsi tükcükşəkilli budaqcıqlarla budaqlanmışdır. Kasacığın uzunluğu 2 mm-ə çatır, zəngçiçəyinə oxşayır, ortaya qədər haçalanmışdır, yumurtaşəkilli, küt dişli, kənarları pərdəlidir. Ləçəkləri çəhrayı, uzunsov, kasacıqdan 1-2 dəfə uzundur. Qutucuq yumurtaşəkillidir, kasacıqla eyni ölçüdədir. Toxumlarının diametri 1 mm-ə çatır, az qabarıqdır. [1][2][4][5]

Ekologiyası

May-iyun aylarında çiçəkləyir. Düzənliklərdə və aşağı dağ qurşaqlarında qumlu və gilli, quru, daşlı yerlərdə, əhəngli yamaclarda və qayalarda rast gəlinir. [1][2][4][6][7] Məhdudlaşdırıcı amillər yaşayış ərazisinin deqradasiyası, otarılma və tapdalanma hesab edilir. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum banklarında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Azərbaycanda yayılması

Azərbaycanın nadir növüdür.

İstifadəsi

İstinadlar

  1. 1,0 1,1 1,2 1,3 1,4 Azərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  2. 2,0 2,1 2,2 2,3 2,4 http://redbook.az/
  3. Schtaz G., Shulkina T., Solomon J., 2013
  4. 4,0 4,1 4,2 Флора Азербайджана, 1952
  5. Гроссгейм А.А., 1962
  6. Алиев Д.А., 1971
  7. Ахундов Г.Ф., 1972

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Şoviç çoğanı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Şoviç çoğanı (lat. Gypsophila szovitsii) — qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1 ab(i, ii, iii). Regional IUCN Statusu: VU B2ab (ii, iii, iv).

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ